Yunanıstanda yaşayan türk qadın: "Türk olduğumu deyəndə münasibətləri dəyişdi" - VİDEO
Yunanıstana səfər edən bir türk qadın, orada qarşılaşdığı irqçi münasibəti sosial şəbəkədə paylaşaraq böyük rezonans doğurub.
Sonxeber.az türk mediasına istinadən xəbərverir ki, qadın bildirib ki, 6 ildir Kanadada yaşayır və ingilis dilini mükəmməl bilir. Buna görə də yunanlar əvvəlcə onun türk olduğunu anlamayıblar. Lakin "Türkəm" dedikdən sonra münasibətlərin dərhal dəyişdiyini söyləyib.
"6 ildir Kanadada yaşayıram, ingiliscəm yaxşıdır, ona görə əvvəlcə türk olduğumu anlamırlar. Amma "Türkəm" deyəndə davranışları dərhal dəyişir. Biz suriyalılara, əfqanlara necə yanaşırıqsa, onlar da bizə elə yanaşırlar," – deyə qadın qeyd edib.
Sosial şəbəkələrdə qısa zamanda yayılan video yüzlərlə rəy toplayıb. Bəzi istifadəçilər qadının dediklərini təsdiqləyib, bəziləri isə onun söylədiklərinə şübhə ilə yanaşıb.
Şərhlərdə bu fikirlər yer alıb:
"Biz yunanlara elə davranırıq, problem yoxdur".
"Mən belə bir şey yaşamamışam, türk olduğumu biləndə daha yaxşı davranırlar"
"Yalan danışır, yunanlar çox mehribandır və türkləri sevirlər"
"Bəlkə də sən türksən, amma ingiliscə danışdığın üçün o cür reaksiya veriblər"
Hadisə həm Türkiyədə, həm də Yunanıstanda sosial mediada geniş müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1290 Tarix: 27 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabr