"Ənənəvi media rəqəmsal təzyiqlərə baxmayaraq, öz aktuallığını qoruyur" - AÇIQLAMA

"Ənənəvi media rəqəmsal təzyiqlərə baxmayaraq, öz aktuallığını qoruyur" - AÇIQLAMANoyabrın 6-sı Azərbaycanda Televiziya və Radio işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu tarix milli televiziya və radio yayımının inkişafında mühüm mərhələ hesab olunur. Müasir dövrdə isə media sahəsi sürətlə dəyişir, rəqəmsal platformalar ənənəvi medianın fəaliyyətinə birbaşa təsir göstərir. Bəs, Azərbaycan televiziyası və radiosunun rəqabət qabiliyyətini qoruması üçün dövlət səviyyəsində hansı islahatlar həyata keçirilir?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

"Ənənəvi media rəqəmsal təzyiqlərə baxmayaraq, öz aktuallığını qoruyur" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, Azərbaycan televiziyası və radiosunun rəqabət qabiliyyətinin qorunması istiqamətində dövlətin həyata keçirdiyi islahatlar strateji və mərhələli xarakter daşıyır:

"İlk növbədə, media siyasətində əsas məqsəd informasiya təhlükəsizliyinin təmin olunması və milli dəyərlərin qorunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən yeni "Media haqqında" Qanun bu istiqamətdə əsaslı dönüş yaratdı. Bu qanun medianın şəffaflığını, peşəkarlığını və ictimai məsuliyyətini artırmaq məqsədi daşıyır. Eyni zamanda Medianın İnkişafı Agentliyinin fəaliyyəti nəticəsində televiziya və radio orqanlarına həm texniki, həm də məzmun baxımından dəstək mexanizmləri formalaşıb.
Bu məqsədlə telekanalların texnoloji yenilənməsi, HD və onlayn yayım imkanlarının genişləndirilməsi dövlət proqramlarında prioritet kimi müəyyənləşdirilib. Dövlət həmçinin regionlarda yerli yayım orqanlarının inkişafına xüsusi diqqət yetirir ki, bu da milli informasiya məkanının balansını qoruyur. Peşəkar kadr hazırlığı, jurnalist etikası və rəqəmsal bacarıqlar üzrə təlimlər isə medianın keyfiyyət meyarlarını yüksəldir.

Bütün bu islahatlar göstərir ki, dövlət televiziyanı və radionu sadəcə yayım vasitəsi kimi deyil, milli təhlükəsizliyin və ideoloji sabitliyin dayağı kimi qiymətləndirir. Ənənəvi media rəqəmsal təzyiqlərə baxmayaraq, öz aktuallığını məhz bu strateji yanaşma sayəsində qoruyur. Gələcək mərhələdə süni intellekt və rəqəmsal analitika ilə inteqrasiya da nəzərdə tutulur. Bu, Azərbaycanın media sistemini həm modern, həm də milli kimliyinə sadiq saxlamaq üçün ən effektiv yoldur. Nəticədə Azərbaycan televiziyası və radiosu təkcə informasiya mənbəyi yox, həm də milli ideyanın daşıyıcısı kimi inkişaf edir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1223   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust