Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı nekroloq

Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı nekroloqXəbər verdiyimiz kimi, Əməkdar artist Vahid Əliyev vəfat edib.

Sonxeber.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyi aktyorun ölümü ilə bağlı nekroloq yayıb.

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr və kino sənətimizin sevilən nümayəndəsi, Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub, 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışaraq yarım əsrə yaxın səmərəli fəaliyyəti ilə səhnəmizin yaddaqalan simalarından birinə çevrilib.

O, "Ana laylası", "Sirli dəyirman", "Dədəm Qorqud", "Şeyx Sənan" kimi tamaşalarda, həmçinin "Nə gözəldir bu dünya", "Kuklalar", "Qətl günü" filmlərində yaratdığı parlaq obrazlarla tamaşaçıların dərin rəğbətini qazanıb.

Sənətə töhfələrinə görə 2011-ci ildə "Əməkdar artist" fəxri adına, 2017–2019-cu illərdə isə Prezident mükafatına layiq görülüb.

Əməkdar artist Vahid Əliyevin xatirəsi daim ehtiramla yad ediləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi mərhum sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin", – nekroloqda qeyd olunub.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1297   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul