Bayram günləri ilə bağlı sürücülərə müraciət
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar bütün yol hərəkəti iştirakçılarına müraciət edib.
Milli.Az xəbər verir ki, müraciətdə deyilir:
"Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qeyd olunan ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb.
Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirləri davam etdirir.
Baş Dövlət Yol Polisi sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Sürücülərə uzun səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələri tövsiyə olunur.
Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərdən isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddinə əməl etmək tələb olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını yollarda təhlükəsizliyi birgə qorumağa çağırır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 918 Tarix: 10 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalarla bağlı İLK DƏFƏ AÇIQLANDI - Dəyişiklik edilir?
Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədəuyğun olardı. Bunu -a açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, belə sistem uzun illərdir Avropa ölkələri və ABŞ-da tətbiq olunur və insanların uzunmüddətli gündəli
9 avqustAzərbaycan-ABŞ münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər son illərdə siyasi dialoq, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi istiqamətlər üzrə inkişaf edib. Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Azərbaycan-Ermənistan görüşü və əldə olunan razılaşmala
10 avqustBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC-yə istinadla xəbər verir. Qeyd olunub ki, Yasama
10 avqustLeysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27 isti, gündüz 29-33 isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşki
9 avqustTəhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 100-1500 manatadək azaldılıb. Bu barədə ATU-dan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılmas
10 avqust