İranda bənd qurudu, 70-dən çox cəsəd üzə çıxdı
İranın Əlborz əyalətində yerləşən Kərəc su anbarının qurumasından sonra bəndin yatağında 74 insan cəsədi aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, meyitlərin çoxunun əlləri və ayaqları bağlı, bəzilərinin isə sellofan, xalça və ya kovrolitə bükülmüş halda bəndə atıldığı müəyyən edilib.
Məhkəmə və təhlükəsizlik orqanları cəsədlərin şəxsiyyəti və ölüm səbəbləri barədə heç bir açıqlama verməyib.
Məlumat yayımlandıqdan bir neçə saat sonra xəbər İran resurslarından silinib. Yerli mənbələr bunun ETTELAAT (Təhlükəsizlik) və Ədliyyə nazirliklərinin təzyiqi nəticəsində baş verdiyini bildirir.
Xatırladaq ki, son illərdə İranda keçirilən etiraz aksiyalarından sonra onlarla şəxs itkin düşüb. Dövlət qurumları isə bu şəxslərin taleyi ilə bağlı araşdırma aparmaqdan və məlumat verməkdən imtina edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1964 Tarix: 11 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabr