Bakıda 15 yaşlı qızı qaçıran gəncə HÖKM OXUNDU
Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran gənc Ağstafada saxlanılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 15 yaşlı Şəlalə Qasımova (ad və soyad şərtidir) Bakının Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda 25 yaşlı Orxan Xəlilovla (ad və soyad şərtidir) tanış olub. Orxan həmin salonda tatu vurur və saç kəsirmiş. Şəlalə isə salona dırnaq ustasının yanına öyrənməyə gəlirmiş. Get-gedə onların tanışlığı sevgiyə çevrilib, Orxan Şəlaləni oxuduğu peşə məktəbinə aparıb ötürürmüş.
Günlərin bir günü Orxan Şəlaləni razılıq əsasında evlənmək üçün qaçırır. Zərərçəkənin sözlərinə görə, onlar əvvəlcə Sabunçu qəsəbəsi, "bit bazarı" yaxınlığında Orxanın ailəsi ilə kirayədə qaldığı birotaqlı evə gediblər:
"Burada Orxanın atası ayrı çarpayıda, mən Orxan və anası isə bir çarpayıda yatırdıq".
Bir müddət sonra cütlük Qazax şəhərinə gedərək, orada kirayə evdə qalıb. Həmin evdə ilk dəfə təbii yolla cinsi əlaqədə olublar. Sonra isə Tovuz və Bakıda müxtəlif ünvanlarda qalıblar. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində, Orxanın qohumunun evində qalan zaman təqsirləndirilən şəxs saxlanılıb.
Orxan Xəlilovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, amma 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq) maddəsi ilə cinayət işi açılıb. Orxan istintaq zamanı ifadəsində Şəlaləni öz həyat yoldaşı kimi qəbul etdiyini və onunla barışmaq istədiyini deyib.
Zərərçəkən hər şeyin öz razılığı əsasında baş verdiyini desə də, Orxanla barışmadığını və ondan şikayətçi olduğunu bildirərək, onun ağır cəzalandırılmasını istəyib.
Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Orxan Xəlilov barəsində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1004 Tarix: 11 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabr