İsrael Demidov: "Birinci dəfədir Bakıya gəlmişəm - şəhərə vurulmuşam"

İsrael Demidov: "Birinci dəfədir Bakıya gəlmişəm - şəhərə vurulmuşam""Aktyor səhnəyə çıxanda obraz orada doğulmalı, yaşamalı, ölməli və ya yeni varlığa çevrilməlidir".

Oxu.Az xəbər verir ki, bu sözləri "Anna Karenina" tamaşasında "Aleksey Karenin" rolunu ifa edən aktyor İsrael Demidov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakıya ilk dəfə gəlib və şəhərin cazibəsi onu valeh edib:

"Heç vaxt Bakıda olmamışam. Birinci dəfədir buraya gəlmişəm. Şəhərə vurulmuşam. Dənizkənarı bulvarla gəzdik, İçərişəhərə getdik. Bura çox gözəldir".

Aktyor "Anna Karenina"nın qəhrəmanları barədə də fikirlərini bölüşüb:

"Karenin" insan münasibətlərinin əbədiliyini ifadə edən bir obrazdır. Bu münasibətlər həmişə aktualdır: bir kişi, digər kişi və ortada bir qadın… Sual budur: insanlar niyə belədirlər? "Vronski" və "Anna" normal yaşaya bilərdilər, amma alınmır. Başa düşürəm ki, "Karenin" ondan yaşca böyükdür. Amma yaş fərqi böyük olan evliliklər də var ki, cütlüklər bir-birini sevərək yaşayırlar.

İnsanlar o vaxt da, indi də bir-biri ilə problemlər yaşayıb. Bəlkə də bir-birilərini eşitmirlər, istəsələr də, alınmır. Böyük yazıçılar da elə bundan yazırlar - birlikdə yaşamaq alınmır. İndi isə daha çətindir. İnsanların bir yerdə yaşaması ağırlaşıb. Hər şey bir az kədərlidir".

O həm "Karenin"i, həm də "Anna"nı anladığını söyləyib.

"Məsələn, "Anna" "Vronski"yə - "sən məni sadəcə sevmirsən", - deyir. "Vronski" yanında olur, sözlərini deyir, amma "Anna" inanır ki, o, artıq onu sevmir".

Aktyorun sözlərinə görə, "Anna Karenina"nın faciəsi istədiyini dəqiq bilməməsidir:

"İnsan duasında tam olaraq nə istədiyini bilsəydi, Allah ona istədiyini verərdi. Amma insanlar bilmirlər. Ürəyin həqiqətən arzuladığı şey alınmır. Onun faciəsi də bundadır".

Aktyor Tolstoyun sevgiyə baxışını belə izah edib:

"Tolstoya görə sevgi həmişə iztirabla birlikdədir. Sual budur: sən kimi daha çox sevirsən? Həmin insanı, yoxsa o sevgidə özünü?"

O, səhnədə obraz yaratmaq prosesindən danışıb:

"Aktyor üçün bunu sözlə izah etməyə ehtiyac yoxdur. Səhnəyə çıxırsan və obraz orada doğulmalı, yaşamalı, ölməli və ya yeni varlığa çevrilməlidir".

Aktyor cütlüklər üçün öz məsləhətlərini də bölüşüb:

"Mən məsləhət görərdim ki, konflikt anlarında "sevgini oynasınlar". O an sevgi hiss etməsələr belə. Özlərini niyə sevdiklərini xatırlayıb sanki sevirmiş kimi davransınlar. Bu işləyir. Mən bunu həm aktyor, həm də həyat təcrübəmə əsaslanaraq deyirəm".

O, çəkildiyi tarixi obrazlardan da söz açaraq qeyd edib ki, müxtəlif xarakterləri canlandırmaq onun üçün çətin deyil:

"Mən "İvan Qroznı", "Boris Qodunov", hətta "XIV Lüdovik"i oynamışam. Rejissorlar bəzən bu xarakterləri məndə görürlər. İnsanların içində müxtəlif vəziyyətlər mövcuddur. Biz bilmirik, amma hər insanda çox hal var. Sadəcə onu açmaq lazımdır. Ona görə istənilən insan həm kralı, həm qulu, həm cinayətkarı, həm də mükəmməl insanı oynaya bilər. Məsələn, mən Dostoyevskinin "kamil insan" modeli olan knyaz "Mışkin" obrazını da oynamışam. Bu mənə inanılmaz zövq verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 397   Tarix: 15 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərd

7 may
.

Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstinta

7 may
.

Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində baş verən partlayışda ölən həkim Asif Nəsirov dəfn edilib. xəbər verir ki, onun dəfn mərasimi Göyçay rayonunun Qaraxıdır kəndində baş tutub. Dəfn mərasimindən görüntüləri təqdim edirik:

6 may
.

"MSDIS Holding"də böhran: Vergi borcu 20 milyon manata çatır

Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır. Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunu

7 may
.

Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir

"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini

6 may
.

İranda "İsa Məsih" TUTULDU

İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha

6 may
.

Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA

Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur. Bəzi hallarda valideynlər məhkəmə qərarına baxmayaraq aliment ödəməkdən yayınır ki, bu da həm uşağın maddi təminatına, həm də ailədaxili münasibətlərə ciddi təsir göstərir. Bəs aliment ödəməyən şəxslərl

7 may
.

Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət

Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian

6 may
.

"Alp Delux" şadlıq evində ətlərdə at DNT-si aşkarlandı (FOTO)

Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməkləri

7 may