Qarışqaların zərəri və onlarla mübarizə

Qarışqaların zərəri və onlarla mübarizəQarışqalar evdə, ofisdə, kafe, restoran və digər iaşə obyektlərində ən çox rast gəlinən zərərvericilərdəndir. Kiçik və zərərsiz görünsələr də, koloniyalar şəklində çoxaldıqları üçün qida gigiyenasına və əmlaka ciddi təsir göstərirlər. Buna görə də qarışqalarla mübarizə vaxtında və düzgün üsullarla aparılmalıdır.

Qarışqaların əsas zərərləri nələrdir?

Qarışqaların yaratdığı ən böyük təhlükələrdən biri qida çirklənməsidir. Onlar qida məhsullarına daxil olaraq mikrobları daşıyır, qida zəhərlənməsinə səbəb olur. Xüsusilə restoran, kafe və yemək hazırlanan obyektlər üçün bu, həm sağlamlıq, həm də nüfuz baxımından ciddi riskdir.
Bəzi qarışqa növləri mülkiyyətə də ziyan vurur. Ağacın içində tunellər açaraq mebellərə və taxta konstruksiyalara zərər verir. Elektrik qutularında yuva quran qarışqalar qısaqapanma yarada və avadanlıqları sıradan çıxara bilər.

Qarışqalarla mübarizə necə aparılmalıdır?

Ev şəraitində qarışqalarla mübarizə həm düzgün təmizlik, həm də sadə, effektiv üsulların tətbiqi ilə mümkündür. Bu üsulları nəzərdən keçirək:

1. Təmizlik və gigiyena. Qida qalıqlarını, çörək qırıntılarını və şirəni dərhal silin. Yeməkləri açıqda saxlamayın. Mətbəx səthlərini gündəlik silin. Zibil qutularının qapaqlı olmasına və tez-tez boşaldılmasına diqqət edin.

2. Gəldiyi yerləri bağlayın. Qarışqalar ən kiçik çat və yarıqlardan belə içəri daxil olur. Qapı altlıqlarını, pəncərə çərçivələrini, divar çatlarını bağlayın. Boru ətraflarını yoxlayın.

3. Təbii qoruyuculardan istifadə edin.

Qarışqalar müəyyən qoxuları sevmir. Bunlar ev şəraitində təhlükəsiz və effektivdir:

Sirkə qarışığı: 1 stəkan su ilə 1 stəkan sirkə qarışımını səthlərə sıxın.

Limon suyu: Qarışqaların gəzdiyi yerlərə limon suyu çiləyin.

Darçın, mixək, qara istiot, nanə: Qarışqa yollarına səpin və ya dəmləyib çiləyin.

Çay ağacı və nanə yağı: 10 damcı efir yağı ilə 1 stəkan suyu sprey kimi istifadə edin.

Bor turşusu və şəkər:

1 çay qaşığı bor turşusu və 3 çay qaşığı şəkərə bir az su əlavə edib pastaya çevirin. Kiçik kağızlara qoyub qarışqaların keçdiyi yerlərə yerləşdirin.
Diqqətli olun, bor turşusunu uşaqlardan və heyvanlardan uzaq tutun.

Peşəkar xidmət

Qarışqa problemi kütləvi və uzunmüddətlidirsə, ev üsulları bəzən kifayət etmir. Bu zaman peşəkar dezinseksiya xidməti problemi tez və uzunmüddətli həll edir. Görünən qarışqaların məhvi problemin yalnız kiçik hissəsidir. Əsas məsələ koloniyanın yuvasına çata bilməkdir. Bu isə yalnız peşəkar yanaşma və düzgün preparat seçimi ilə mümkündür.

Bunun üçün bizə müraciət edə bilərsiniz. Sanitariya.az qarışqa ilə mübarizə xidmətinə aşağıdakılar daxildir:

Yuvanın dəqiq müəyyənləşdirilməsi

Mütəxəssislərimiz qarışqaların giriş nöqtələrini və gizli yuvalarını xüsusi metodlarla analiz edirlər.

Sertifikatlı insektisidlərdən istifadə

Rusiya, Türkiyə və Avropa istehsalı olan, qarışqa koloniyasını məhv etməkdə yüksək təsir gücünə malik preparatlardan istifadə edirik.
Xidmətlərimizlə daha ətraflı tanış olmaq üçün Sanitariya.az səhifəsinə keçid edə bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 703   Tarix: 20 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr