"Bu gün Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir" - Emil Əkbərov

"Bu gün Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir" - Emil ƏkbərovUlu öndər Heydər Əliyevin söylədiyi kimi Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".

Bunu Sonxeber.az-a danışan BİG Media"MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, tarixə nəzər salsaq görərik ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb:

"Yeni Azərbaycan Partiyası bir qrup ziyalınin təşəbbüsü ilə yaranan partiyadır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ən yeni tariximizə "91-lər"in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur "91-lər"in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. O dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi və nəhayət partiyanın təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi.

Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi "dünənin, bu günün və sabahın partiyası" səviyyəsinə yüksəltdi".

Emil Əkbərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir:

"Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyası həm də Demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifə oldu.YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı.

Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. Partiya üzvlərini səciyyələndirən əsas göstəricilər - vətənə sadiqlik və ümummilli maraqlara sədaqət.YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.

"YAP son 30 ildə Cənubi Qafqazda qurulan və 730.354 üzvü olan ən böyük və nüfuzlu siyasi partiyadır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP yeni zirvələrə doğru inamla addımlayır. 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

Bu gün əminliklə söyləyə bilərik ki,YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib.Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir".

Emil Əkbərov söyləyib ki, Yeni Azərbaycan Partiyası beynəlxalq tendensiyaları nəzərə alan adekvat inkişaf yolunu seçib:

"Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Milli birlik uğrunda yeni səhifə - YAP partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın "iqtidar-xalq" modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi;

Bu gün Yeni Azərbaycan Partiyası bütün müasir tendensiyaları və regionda yaranmış "yeni reallığı" nəzərə alan yeni proqramla inkişaf edir. Yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Bu gün Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Xüsusilə də qeyd etmək istəyirəm ki, son seçkilərin nəticələri xalqın YAP-a olan yüksən etimadının göstəricisidir.

2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 614   Tarix: 21 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

19 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr