Opera Teatrında "tapşırıq" qalmaqalı: Almaxanım iddia etdi, Xalq artisti cavab verdi

Opera Teatrında "tapşırıq" qalmaqalı: Almaxanım iddia etdi, Xalq artisti cavab verdiMüğənni Almaxanım Əhmədli Opera və Balet Teatrının rəhbərliyini ittiham edib. O bildirib ki, sözügedən teatrın səhnəsində quruluş verilən "Leyli və Məcnun" tamaşasında baş rol almaq üçün mütləq "arxan" olmalıdır. Yəni orada səhnə almaq üçün həmin teatrın direktoruna səni kimsə tapşırmalıdır. Nə qədər istedadlı olsan belə, bu olmadan səni həmin teatrın qapısından içəri buraxmazlar.
Opera Teatrında "tapşırıq" qalmaqalı: Almaxanım iddia etdi, Xalq artisti cavab verdiUzun illərdir ki, Opera və Balet Teatrının səhnəsində "Leyli" obrazının ifaçılarından biri olan Xalq artisti Aygün Bayramova isə Almaxanım Əhmədlinin bu ittihamını rədd edib:

"Musiqi Akademiyasında oxuduğum illərdə Xalq artisti, mərhum Arif Babayev mənə dedi ki, "sən teatra gəlməlisən". Deyirdim ki, hələ tezdir, qoy bir az geniş səhnədə püxtələşim. Ondan sonra teatrın əvvəlki direktoru Akif Məlikov tədbirlərdə nə vaxt görürdüsə, məni teatra dəvət edirdi. Buna baxmayaraq, yenə də dəvəti qəbul etməmişəm. Demişəm ki, müəyyən zaman keçsin. Teatrın bütün tamaşalarına da baxırdım. Ola bilsin ki, kimlərisə tapşırıblar, bu barədə heç nə deyə bilmərəm. Şəxsən məni teatra 2-3 şəxs dəvət edib".

Opera Teatrında "tapşırıq" qalmaqalı: Almaxanım iddia etdi, Xalq artisti cavab verdiAygün Bayramova bildirib ki, son illərdə bir neçə sənət adamlarının teatrda işləməsi üçün özlərinin rəhbərliyə müraciət etdiyinin şahidi olub:

"Gəliblər, onlara direktor, truppa rəhbəri qulaq asıb, kimisə götürüblər, kimisə yox. Əvvəllər Opera və Balet Teatrında solist olmaq çətin olub. Mütləq sənətin, səsin olmalı idi. Mən dərhal gedib "Leyli"ni oynamadım. Əvvəlcə həmin tamaşaya baxdım. Sonra 8 ay bu tamaşa üzərində işlədim. Gördülər ki, bu rolun öhdəsindən gələ bilərəm. Həmin vaxt Aygün Bayramova kimi tanınırdım, səhnə adamı idim. Amma bir də tamaşaçılar tərəfindən "Leyli" kimi təsdiqlənmək məsələsi var. Sevilməsən, rolun öhdəsindən gələ bilməsən, səni həmin teatra götürməzlər. Tamaşanın premyerası olandan sonra məni teatra solist götürüblər. Son illərdə orada nə baş verirsə, ondan xəbərim yoxdur".

Əməkdar müəllim Qəzənfər Abbasov heç vaxt Opera və Balet Teatrına solist kimi dəvət olunmadığını deyib:

"Mənə heç vaxt bu təklifi etməyiblər. Nə müəllimlərim deyib, nə də özümün belə bir fikrim olub. Amma mən bu obrazı dövlət imtahanında yüksək səviyyədə oynamışam. İmtahanı da məndən mərhum Arif Babayev və Xuraman Qasımova qəbul edib. Yüksək də qiymət verilib. Həmin vaxt məndən "Məcnun" ola bilərdi. Opera və Balet Teatrının işlərindən xəbərim yoxdur. Bilmirəm orada solistləri işə necə götürürlər. Odur ki, rastlaşmadığım məsələ ilə bağlı danışmaq mənə yaraşmaz".
Opera Teatrında "tapşırıq" qalmaqalı: Almaxanım iddia etdi, Xalq artisti cavab verdiQaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 4180   Tarix: 21 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust