Azərbaycanda breketə görə əsgərlikdən möhlət verilir? - RƏSMİ CAVAB
Son illər Azərbaycanda breket istifadəsi gənclər arasında sürətlə populyarlaşıb. Estetik görünüşə marağın artması, sosial şəbəkələrdə "ideal gülüş" meylinin güclənməsi və stomatoloji xidmətlərin daha əlçatan olması bu tendensiyanı genişləndirən əsas səbəblərdəndir.
Bu mövzu ilə bağlı diqqətçəkən məqam isə breket taxan oğlanların hərbi xidmətdən möhlət almasıdır.
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb.
Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsindən bildirilib ki, breket taxılması faktı özlüyündə möhlət hüququ yaratmır. Möhlət yalnız müəyyən tibbi göstəricilər əsasında tətbiq olunur:
"Həzm orqanlarının xəstəlikləri üzrə: çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətindədirlərsə, onların tibbi şəhadətləndirilməsi yalnız bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 51 "d" maddəsinin I qrafasına əsasən "Hərbi xidmətə müvəqqəti yararsız" hesab edilirlər", - məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 615 Tarix: 23 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabrVətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrBu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye
21 sentyabr