Quduzluqdan həyatını itirən gənclə bağlı paylaşıma yazılan rəy etiraz doğurdu - VİDEO
Diyarbakırın Ergani rayonunda sahibsiz itlərin hücumuna məruz qalan Suriya əsilli Hasan Ahmedə quduz diaqnozu qoyulub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yolda gedən Suriya əsilli Hasan Ahmed və qardaşı sahibsiz itlərin hücumuna məruz qalıb. Bədənlərinin müxtəlif nahiyələrindən yaralanan qardaşlar ətrafdakıların məlumat verməsi ilə Şanlıurfa Siverek Dövlət Xəstəxanasına aparılıb.
İlkin tibbi müdaxilədən sonra hər iki uşaq Siverek Dövlət Xəstəxanasında müalicə altına alınıb. Bir müddət sonra vəziyyəti pisləşən Hasan Ahmed Şanlıurfa Harran Universiteti Tibb Fakültəsi Xəstəxanasına göndərilib. Burada aparılan müayinələr nəticəsində hər iki qardaşa quduz diaqnozu qoyulub və karantində müalicələri davam etdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq Hasan Ahmed 12 oktyabrda həyatını itirib. Qardaşının müalicəsinin isə davam etdiyi bildirilib. Ailənin acısı bölgədə sahibsiz it problemi və görülən tədbirləri yenidən gündəmə gətirib.
Quduz diaqnozu qoyulduqdan sonra karantinə alınan Hasan Ahmedin xəstəxanadakı son anlarına aid görüntülər də üzə çıxıb. Mobil telefonla çəkilən görüntülərdə tibb bacısının ona su vermək istədiyi anda uşağın qorxuya düşdüyü, ağlamağa çalışdığı və dizlərinə vurduğu görülür.
Bu görüntülərin yayılmasının ardından X platformunda "Helin" adından istifadə edən bir şəxsin paylaşımı böyük qınaq doğurub. Həmin şəxs, Hasan Ahmedin həyatını itirdiyi hadisəyə işarə edərək, "Köpəyə bir şey olmayıb, rahat olun" ifadəsini yazıb. Paylaşımın ardından çox sayda sosial şəbəkə istifadəçisi "Sən insan deyilsən" kimi sərt reaksiyalar bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1834 Tarix: 26 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabr