Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - Xəbərdarlıq
Ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesi aparılır.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan, Şamaxı rayonlarında yerləşən heyvan bazarlarında işlər AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"na uyğun olaraq mərhələli şəkildə irəliləyir.
Bazarlarda dezbaryerlərin quraşdırılması, ərazinin hasarlanması, heyvanlara baxış platformalarının tikilməsi, çardaqların və satış pavilyonlarının qurulması, asfaltlanma və betonlama işlərinin görülməsi təmin olunub.
Heyvanların bazarlara rahat və təhlükəsiz şəkildə daxil olmasını təmin edən rampaların quraşdırılması, arakəsmələrin yaradılması və texniki şəraitin standartlara uyğunlaşdırılması istiqamətində də işlər davam edir.
Abşeron, Masallı, Qazax, Xaçmaz, Zaqatala rayonlarında yerləşən heyvan bazarlarında isə rekonstruksiya işlərinə yeni başlanılıb və qısa müddətdə intensiv şəkildə icra olunması nəzərdə tutulur:
"Təəssüflər olsun ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. AQTA bir daha bildirir ki, tələblərə əməl etməyən heyvan bazarlarının fəaliyyəti mümkün olmayacaq".
Xatırladaq ki, 25 oktyabrdan dabaq xəstəliyi ilə bağlı heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
Sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülür. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1634 Tarix: 26 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabr