Universal Hospitalın həkimi Arzu Eyyubova dövlət qeydiyyatı olmayan "Mounjaro" preparatını pasiyentlərində necə istifadə edir? -Videofakt

Universal Hospitalın həkimi Arzu Eyyubova dövlət qeydiyyatı olmayan "Mounjaro" preparatını pasiyentlərində necə istifadə edir? -VideofaktAzərbaycanda şəkərli diabet xəstələri üçün nəzərdə tutulan "Mounjaro" dərmanının estetik məqsədlərlə, xüsusilə arıqlama vasitəsi kimi istifadəsi ciddi təhlükə mənbəyinə çevrilib.

Sonxeber.az milli.az istinadən xəbər verir ki, preparat sosial şəbəkələr, gözəllik salonları və hətta ev şəraitində reseptsiz şəkildə satılır.

Araşdırmalara görə, "Mounjaro" Almaniyada 1000-1600 manat arasında dəyişən qiymətlərlə satılır. Azərbaycanda isə 3000 manata qədər təklif olunur.

Satışı isə apteklər yox, kosmetoloqlar, influencerlər və qeyri-ixtisaslı şəxslər həyata keçirir.

Ən narahatedici məqam odur ki, bu iynəni vuran şəxslərin əksəriyyətinin tibbi bilik və sertifikatı yoxdur.

Məlumata görə, artıq bir neçə nəfər "Mounjaro" istifadəsi nəticəsində ağır vəziyyətə düşərək xəstəxanaya yerləşdirilib. Onlardan biri baş həkimdir. Daha bir tanınmış şəxsin isə bu iynədən sonra həyatını itirdiyi bildirilir.

Bir çox qadının hazırda reanimasiyada olduğu, lakin "Instagram"da eyni şəxslərin hələ də arıqlama reklamlarını davam etdirdiyi qeyd olunur.

"Mounjaro" arıqlama iynəsi deyil və hormon sisteminə, mədəaltı vəzə, qalxanabənzər vəzə, həmçinin psixikaya birbaşa təsir göstərir.

Yan təsirlərinə kəskin pankreatit, böyrək çatışmazlığı, anafilaktik şok, nəfəs dayanması, depressiya və panik atak, boyunda şiş – qalxanabənzər vəz xərçəngi riski daxildir.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasında "Mounjaro" adlı dərman vasitəsinin dövlət qeydiyyatı olmadığına görə ölkəyə idxal olunmur. Qeyd olunub ki, ölkədə satışına icazə verilən, dövlət qeydiyyatında olan dərman vasitələri, seriya, satışa rəsmi icazə və ya satışına qoyulmuş qadağalar və bu kimi bütün məlumatlar Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilir.

Nəzərə çatdırılıb ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı təsdiqedici sənədlərlə birgə dövlət və yerli özünüidarəetmə orqanlarından, media və vətəndaşlardan daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamaların keçirilməsi üçün qərar qəbul edilir:

"Lakin, əgər məsələ sosial şəbəkələrdə ölkəyə qeyri-qanuni yolla gətirilmiş dərman vasitəsindən və ya müalicə növündən gedirsə, bu zaman şikayətçinin hüquq-mühafizə orqanlarına müraciət etməsi məqsədəmüvafiq hesab edilir".

Əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun və Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın müvafiq maddələrinə görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər:

"Bildiririk ki, qanunvericiliyə görə əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb istifadə etməlidirlər. Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə edilmir, çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə edilməyən dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər".

Vurğulanıb ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun 9.6-cı maddəsi və 12-1.6-cı maddələrində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır:

"Analitik Ekspertiza Mərkəzinin Əlavə təsirlər haqqında məlumat bazasında Tirzepatide tərkibli dərman vasitəsinin heç bir əlavə təsiri barədə məlumat bildirilməmişdir. Amma, nəzər almaq lazımdır ki, DV-nin əks göstərişlərində təsiredici maddəyə və ya dərman vasitəsinin tərkibindəki hər hansı köməkçi maddələrə qarşı yüksək həssaslıq vurğulanır".

Araşdırmamız nəticəsində Universal Hospitalının həkimi endokrinoloq Arzu Eyyubova şəxsi sosial hesabında "Mounjaro" preparıtı haqqında danışaraq pasiyentinə tətbiq edəcəyi ilə bağlı geniş çıqlama verir.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, həkimin sosial hesabında yeni arıqlam iynəsi haqqında geniş məlumatlar yayımlanıb.

Universal Hospitalın həkimi Arzu Eyyubova dövlət qeydiyyatı olmayan "Mounjaro" preparatını pasiyentlərində necə istifadə edir? -VideofaktMəsələ ilə bağlı Universal Hospitalının həkimi endokrinoloq Arzu Eyyubovadan münasibət öyrənmək istəsəkdə bu məsələ haqqında danışmaq istəmədiyini bildirən həkim dəstəyi asdı.

Universal Hospitalın həkimi Arzu Eyyubova dövlət qeydiyyatı olmayan "Mounjaro" preparatını pasiyentlərində necə istifadə edir? -VideofaktBəs görəsən "Mounjaro" adlı dərman vasitəsinin dövlət qeydiyyatı olmadığı halda Arzu Eyyubova necə istifadə edir?

Bu isə hüquq- mühafizə orqanlarınn araşdırması gərəkdir.

Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.

Universal Hospitalın həkimi Arzu Eyyubova dövlət qeydiyyatı olmayan "Mounjaro" preparatını pasiyentlərində necə istifadə edir? -VideofaktUniversal Hospitalın həkimi Arzu Eyyubova dövlət qeydiyyatı olmayan "Mounjaro" preparatını pasiyentlərində necə istifadə edir? -Videofakt


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 672   Tarix: 27 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Alp Delux" şadlıq evində ətlərdə at DNT-si aşkarlandı (FOTO)

Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməkləri

7 may
.

Nazirlikdən çıxarılan Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildi

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib. -a daxil olan məlumata görə, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzr

7 may
.

"Hayal Kahvesi"ndə istehlaka yararsız qida məhsulları aşkarlandı (FOTO)

Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi" MMC-yə məxsus "Hayal Kahvesi" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktları

7 may
.

Bu tarixdə universitetlərə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. Bu barədə -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelin

7 may
.

Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var

Gəncə şəhərində kütləvi dava olub. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar. 2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insiden

6 may
.

Dilənçiliklə məşğul olanlar cərimələnəcək

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu

6 may
.

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk

6 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may
.

Hacı Vəliyevə hökm oxundu

Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"

6 may