Yanğın, partlayış, təbii fəlakət… – İcbari sığortanın əhatə dairəsi açıqlandı
"Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir".
Bunu Sonxeber.az-a vəkil Rəşad Əliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, bunun üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir:
"Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:
1. Yanğın, ildırım düşməsi;
2. Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
3. Elektrik naqillərində baş verən qısaqapanma;
4. Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
5. Su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
6. Hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi təsirlər;
7. Yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
8. Təbii fəlakətlər — zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
9. Üçüncü şəxslərin hərəkətləri.
Bundan başqa, baş vermiş hadisə zamanı müvafiq dövlət qurumları və hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır, fakt üzrə cinayət işi başlanılır. Hadisə nəticəsində ziyan görmüş şəxslər cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin I hissəsinə görə, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır