Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən "Lake Hotel"də elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan 4 nəfər həyatını itirib.
"Lake Hotel"in icarədarı Ağasif Verdiyev normativ aktların tələblərinə zidd olaraq hotelin ərazisində təsərrüfat işləri həyata keçirib və nəticədə əmək mühafizəsi qaydaları pozulub.
Buna görə də A.Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəyə səbəb isə hotelin pəncərələrinin silinməsi zamanı hündürlüyü 5,75 metr olan təkərli isgələdən istifadə olunması və bu zaman həmin yerdən hündürlüyü 5,53 metr olan 35 kV-luq yüksək gərginlikli hava xətti keçməsinin nəzərə alınmaması olub.
Belə ki, təkərli isgələ daşınarkən, xəttə toxunub və həmin vaxt orada çalışan 4 nəfəri elektrik vurub.
Hazırkı normalara əsasən, 35 kV-luq hava xətti ən azı yerdən 7 metr hündürlükdə aparılmalıdır.
Məsələnin maraqlı tərəfi isə odur ki, həmin 35 kV-luq hava xətti 2009-cu ildə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində cinayət işi qaldırılmış Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsi üçün çəkilib.
Qalina Mehdiyevanın adına olan həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda icarə əsasında Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus "Friland Vineyards" şərab zavodu yerləşib.
O da bəlli olub ki, 2016-cı ildə Mehdiyeva Aytac Telman qızının adına şərab istehsal edən "Mərəndə" MMC təsis edib, 2017-ci ildə isə "Friland Vineyards" həmin müəssisəni alıb. 2022-ci ildə "Mərəndə" MMC-nin təsisçisi dəyişdirilsə də, faktiki olaraq həmin hüquqi şəxs və şərab zavodu Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.
Hazırda da qeyd olunan şərab zavodu, onun yerləşdiyi torpaq sahəsi və üzüm bağları həmin 35 kV-luq hava xəttindən qidalanır.
Göründüyü kimi, sabiq PA rəhbəri və onun yaxınları böyük biznesə sahiblik edirlər və istər bu biznesin yaradılmasında, istərsə də onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Bu pozuntular sonda 4 nəfərin həyatını itirməsinə səbəb olub.
Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1844 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabr