"İsrail kəşfiyyatının regiondakı aktivliyi Tehran tərəfindən daim birbaşa təhlükə kimi qiymətləndirilir" - AÇIQLAMA
Bir neçə gün öncə İran Kəşfiyyat Nazirinin bəyanatı böyük əks-səda doğurdu. Xarici düşmənlərin, İranın Dini Lideri Ayətullah Seyid Əli Xamneyiyə qarşı sui-qəsd və ya hücum hazırlığında olduğu bildirildi. Bunu İranın Kəşfiyyat Naziri Seyid İsmayıl Xətib deyib. Xətib həmçinin, onların məqsədinin İranda qeyri-sabit vəziyyət yaratmaq olduğunu qeyd edib.
Mövzunu Sonxeber.az-a politoloq Tural İsmayılov şərh edib.
O, açıqlamasında qeyd edib ki, bir neçə gün öncə səslənən bu iddia daha çox informasiya təhlükəsizliyi kontekstində oxunmalıdır:
"Belə açıqlamalar adətən həm daxili auditoriyanı səfərbər etmək, həm də xaricə siyasi mesaj vermək məqsədi daşıyır. İran üçün əsas risk mənbələri uzun illərdir İsrail və ABŞ xətti üzrə formalaşan qarşıdurma mühitidir. Xüsusilə İsrail kəşfiyyatının regiondakı aktivliyi Tehran tərəfindən daim birbaşa təhlükə kimi qiymətləndirilir. Bununla yanaşı, bəzi regional oyunçuların da dolayısı yollarla proseslərdə maraqlı ola biləcəyi istisna edilmir. Ancaq konkret faktlar açıqlanmadığı üçün hansısa ölkəni birbaşa ittiham etmək hələlik mümkün deyil. "12 günlük müharibə" zamanı belə bir addımın atılmaması təhlükəsizlik sisteminin həmin dövrdə maksimum səfərbər olunduğunu göstərir. Sonrakı aylarda risklərin artması ehtimalı isə daha çox kəşfiyyat məlumatlarının dinamikası ilə bağlı ola bilər. İran daxilində müxtəlif institusional mərkəzlər arasında rəqabət də bəzən bu tip sərt bəyanatları stimullaşdıra bilər. Belə açıqlamalar eyni zamanda mümkün etiraz dalğalarının qarşısını almaq üçün psixoloji baryer rolunu da oynayır. Xarici kəşfiyyatların İrana marağı yalnız lider faktoru ilə məhdudlaşmır və daha geniş geosiyasi çərçivəyə söykənir. Məhz buna görə də bu cür iddialar təkcə təhlükəsizlik yox, həm də diplomatik müstəvidə oxunmalıdır. Tehran bu mesajla əslində həm daxili stabilliyi möhkəmləndirməyə, həm də rəqiblərinə xəbərdarlıq etməyə çalışır. Yekunda isə demək olar ki, indiki mərhələdə səslənən ittihamlar real təhlükədən çox preventiv siyasi xəbərdarlıq xarakteri daşıyır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır