Naxçıvanda tələbənin qeyri-adi oğurluq planı: Anasının yaylığı və sapsız bel...
Naxçıvanda anasının yaylığını üzünə bağlayıb marketdən oğurluq edən tələbə həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Kəngərli rayonunun Qarabağlar kənd mərkəzində yerləşən ərzaq mağazasında baş verib və Naxçıvan Dövlət Universitetinin (NDU) Xarici dillər fakultəsinin III kurs tələbəsi, 2004-cü il təvəllüdlü Qarabağlar kənd sakini S.D. tərəfindən törədilib. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, əsgərlikdən məzuniyyətə gələn dostundan 50 manat borc pul alan S.D. onu qaytara bilmədiyi üçün yaşadığı kənddə fəaliyyət göstərən ərzaq mağazasından oğurluq etmək qərarına gəlib. O, 14 iyun 2025- ci il tarixdə gecə saat 02.00 radələrində tanınmasın deyə anasının yaylığını üzünə bağlayıb, evdən qayçı və açarlar götürərək mağazaya gedib. Lakin qapını aça bilmədiyindən geri qayıdıb.
18 iyun tarixində dostunun ona verdiyi borcu qaytarmaq vaxtı çatdığından bir gün əvvəl gecə saat 03.00 radələrində yenidən sözügedən mağazaya oğurluğa gedib. Eyni üsulla anasının yaylığı ilə üzünü bağlayıb, yerdən tapdığı sapsız bellə qapını sındırıb. Mağazanın kassasından 115 manat pul oğurlayıb. Hadisənin səhəri günü NDU-da keçirilən imtahanda iştirak edib.
Məhkəmənin hökmü ilə S.D. 2 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. O, Kəngərli rayon Qarabağlar kəndində yaşadığı evi hər gün gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək şərti ilə cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1909 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabr