Həvəsi sonu oldu! 6 metrlik divara dırmanaraq şir qəfəsinə girdi – sonrası faciə

Həvəsi sonu oldu! 6 metrlik divara dırmanaraq şir qəfəsinə girdi – sonrası faciəBraziliyada yerləşən bir zooparkda gənc kişi dişi şirin hücumuna məruz qalaraq həyatını itirib. Hadisə Joao Pessoa şəhərindəki Arruda Camara Zooparkında baş verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı Gerson Machado, şirlərə olan həddindən artıq marağı ilə tanınırdı. O, daha əvvəl də dəfələrlə zooparklara icazəsiz daxil olmağa cəhd etmiş, hətta Afrikaya gedib şir tərbiyəçisi olmaq istəmişdi. Bir dəfə təyyarənin şassi hissəsinə gizlənərək qitəyə qaçmağa cəhd edən Machado polis tərəfindən saxlanılmışdı.

Çətin uşaqlıq keçirən Machado həyatının böyük hissəsini dövlət himayəsində keçirmişdi. Anasının şizofreniya xəstəsi olması və ailədəki psixoloji çətinliklər səbəbilə heç bir ailə tərəfindən övladlığa götürülməmişdi.

Hadisə günü Machado zooparkın təxminən 6 metr hündürlüyündəki divarını aşaraq içəri keçib, daha sonra ağacdan tutaraq dişi şirin olduğu bölməyə enib. Ziyarətçilər çığıraraq panikaya düşüb, təhlükəsizlik xidməti müdaxilə etməyə çalışsa da, hər şey saniyələr içində baş verib. Dişi şir gəncə yaxınlaşdığı anda hücum edib.

Zooparkın baytarı Tiago Neri, hadisədən sonra şirin ciddi stress keçirdiyini, lakin sakitləşdirici iynə vurulmadan qəfəsinə qaytarıldığını bildirib. Bələdiyyə, araşdırma bitənədək zooparkın bağlandığını açıqlayıb.

Faciəli hadisə həm gənc adamın dramatik həyat hekayəsini, həm də vəhşi heyvanlarla bağlı təhlükəsizlik qaydalarının əhəmiyyətini bir daha göz önünə sərdi.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 837   Tarix: 01 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Marketdəki uşaq yeməklərinə gizlicə zəhər yerləşdirdi, 5 körpə xəstəxanalıq oldu - VİDEO

İsrailin Qüds şəhərində körpələr üçün nəzərdə tutulan meyvə pürelərinə sakitləşdirici və anestezik təsirə malik maddələr yeritdiyi iddia olunan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, İsrail polisi iyun ayında bəzi uşaqların zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılmasından sonr

10 sentyabr
.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

İki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı

İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər

14 sentyabr
.

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb

Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd

20 sentyabr
.

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Qasım Maqsudovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhimə 1 00 manat cərimə cəzası təyin edilib. İttiham

10 sentyabr
.

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls

14 sentyabr
.

İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO

Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki

15 sentyabr
.

Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO

Türkiyənin Balıkesir şəhərinin Edremit rayonuna bağlı Altınoluk qəsəbəsində sahildə diqqətçəkən hadisə yaşanıb. Gənc qız bir şəxsin onu gizli şəkildə foto və videoya çəkdiyini iddia edərək həmin şəxslə üzləşib. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı gənc qız həmin şəxsin telefonla on

9 sentyabr
.

Polisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO

İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy

10 sentyabr