AZAL-ın təyyarələrində bu sistem yeniləndi
Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimedia əyləncə sistemini istifadəyə verib.
Sonxeber.az xəbər verir ki, yenilənmiş platforma hər bir uçuşu komfortlu səyahətlə yanaşı, həm də Azərbaycan və dünya mədəniyyətini əhatə edən maraqlı macəraya çevirir.
Sərnişinlər Hollivudun ən son filmlərindən tutmuş, dünya kinematoqrafiyasının məşhur ekran əsərlərinə qədər geniş film kataloqundan yararlana bilərlər.
Filmlərə Azərbaycan dilində altyazıların əlavə edilməsi məzmunun daha əlçatan olmasına xidmət edir.
Platformada milli filmlərə də xüsusi yer ayrılıb. Azərbaycan rejissorlarının bədii və sənədli filmləri sərnişinlərə ölkənin mədəniyyətini, tarixini və müasir həyat tərzini yaxından tanımaq imkanı yaradır.
AZAL sərnişinlərinə maksimum rahatlıq təqdim etmək və onları yeni kəşflərə ruhlandırmaq missiyasına daima sadiq qalır.
AZAL ilə səyahət edərkən siz həm şəhər və ölkələri, həm də dünya kinosunun ən parlaq nümunələrini və Azərbaycan sənətinin incilərini kəşf edirsiniz.
AZAL-ın uçuş cədvəli və digər xidmətləri haqqında aviaşirkətin rəsmi saytı və mobil tətbiqi vasitəsilə ətraflı məlumat əldə edə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 557 Tarix: 02 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabr