Beynin mənfi fikirlərə meylli olmasının əsas səbəbləri nədir? - AÇIQLAMA
"Beynimizin mənfi fikirlərə daha çox meyilli olmasının əsas səbəbi, sağqalma mexanizminin işləməsidir. Buna instinkt də deyilir. İbtidai dövrdə insan üçün təhlükəni daha tez və daha güclü dərk etmək sağ qalması üçün vacib idi. Bütün neqativ fikirlərin altında sağ qalmaq instinkti dayanır. Beyin nəzarəti sevir və onun üçün təhlükə hər an mövcud ola bilər. Psixoloji tərəfdən bu artıq pozuntu şəkli alırsa, yəni daim narahatlıq, mənfi və narahat edən fikirlərdən beynin yayınmaması müşahidə olunursa, demək ki, düşüncələrə nəzarət hissi itib".
Bu sözləri Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

O, açıqlamasında qeyd edib ki, mənfi düşüncələr və narahatlıqlar o zaman insandan uzaqlaşmır ki, beyin həmin fikri fakt kimi, real kimi qəbul edir:
"Ələlxüsus insan həyatı boyunca tənqidlər, qorxular, narahatlıqlar, uşaq ikən valideynlərinin sərt davranışları vəs. kimi yalnız mənfi təcrübələrlə üzləşibsə, bu artıq beynin insanı qorumaq üçün "səhv proqramlaşması" deməkdir. Mənfi düşüncələr və narahatlıqlar o zaman insandan uzaqlaşmır ki, beyin həmin fikri fakt kimi, real kimi qəbul edir. Bunu müxtəlif terapevtik seanslar və koqnitiv səbəblərə nəzər salmaqla — yəni beynin məlumatı necə qəbul edib işləməsinə baxmaqla — fikri yayındırmaq və onu yeni tərzdə sistemləşdirmək mümkündür. Bu zaman beyindəki amiqdalada təhlükə siqnalı azalır və nəzarət hissi vəziyyəti ələ alır. Nəzarət hissi gücləndikcə qərarvermə, planlama, özünüidarəetmə, düşüncə və davranışa nəzarət də güclənir. Sağlam eqonun "mən idarə edirəm" hissi də buradan qaynaqlanır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2024 Tarix: 02 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabr