Gəncə "Nizami İnnovasiya Mərkəzi" niyə açılmır?

Gəncə "Nizami İnnovasiya Mərkəzi" niyə açılmır?Ganjavi Holding Gəncə "Nizami İnnovasiya Mərkəzi" layihəsi ətrafında qəbul olunmuş qərarların ziddiyyətli və qeyri-sabit olduğunu, həmçinin prosesin süni şəkildə ləngidildiyini bildirir.

Şirkətin təmsilçisi Qaynarinfo-ya açıqlamasında iddia edir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) rəhbərlik dəyişikliyindən sonra əvvəlcədən təsdiqlənmiş planlar dəfələrlə dəyişdirilib və bu hal dövlət-özəl tərəfdaşlığı mexanizminin səmərəliliyinə sual doğurub.

Ganjavi Holding-in direktoru Elşən Gəncəvinin sözlərinə görə, regionlarda innovasiya mühitinin inkişafına xidmət etməli olan layihə hazırda qeyri-müəyyən vəziyyətə düşüb, bu isə həm maliyyə, həm də reputasiya riskləri yaradıb. O qeyd edir ki, vəziyyətə aydınlıq gətirilməsi və qəbul olunmuş qərarların hüquqi-strateji əsaslarının izahı vacibdir.

Onun təqdim etdiyi məlumata əsasən, Gəncə "Nizami İnnovasiya Mərkəzi" layihəsi 2023-cü ilin aprel ayında İRİA-nın təşəbbüsü ilə Gəncə, Lənkəran və Sumqayıtda innovasiya mərkəzlərinin yaradılması proqramı çərçivəsində başlanılıb. Məqsəd rəqəmsal transformasiyanı sürətləndirmək, startap və KOB ekosistemini inkişaf etdirmək, gənclərin texnoloji fəaliyyətə çıxışını genişləndirmək və regionlarda müasir iş mühitləri formalaşdırmaq olub. Gəncə şəhəri əhali dinamikası, sənaye potensialı və təhsil imkanlarına görə pilot məkan kimi müəyyən edilib.

Layihə üzrə tələb olunan hüquqi sənədlər, fəaliyyət planı və maliyyə əsaslandırmaları vaxtında hazırlanaraq Agentliyə təqdim olunub. 2023-cü ilin may ayında mərkəzin rəhbəri təsdiqlənib. İlkin mərhələdə Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfdaş kimi prosesə cəlb olunub, lakin təmiz mənfəətdən pay tələbi və bir ay ərzində məkan təqdim edilməməsi səbəbindən əməkdaşlıq dayandırılıb. Daha sonra layihəyə "Paşa Holding" və "Azercell Telekom" tərəfdaş qismində qoşulub, Ganjavi Holding isə icraçı olaraq çıxış edib.

Şirkət bildirir ki, Gəncədə bir neçə bina variantı nəzərdən keçirilib, bəzi obyektlər üzrə behlər ödənilsə də, Agentlik qərarları bir neçə dəfə dəyişib. Nəhayət, 2023-cü il 1 noyabr tarixində dörd mərtəbəli bina təsdiqlənib, icarə ödənişlərinə başlanılıb, İT infrastrukturu, təhlükəsizlik sistemi və heyət strukturu üzrə razılıq əldə olunub.

Şikayətə əsasən, təmir işlərinin ilkin mərhələsi və 8 aylıq icarə haqqı "Paşa Holding" tərəfindən maliyyələşdirilib, növbəti mərhələlər üçün isə "Azercell" öhdəlik götürüb. 2024-cü il 2 fevral tarixində "Paşa Holding" tərəfindən ümumilikdə 74 152,50 manat ödəniş həyata keçirilib. Layihənin 2024–2026-cı illər üzrə illik 100 min manat saxlanc xərci ilə maliyyələşdirilməsinə dair razılaşma mövcud olub.

Elşən Gəncəvinin iddiasına görə, 2024-cü ilin avqustunda Agentlikdə rəhbərlik dəyişdikdən sonra təsdiqlənmiş dizayn tanınmayıb, yeni dizaynlar tələb edilib, daha sonra həmin dizaynlar da dəyişdirilib. Bu, əlavə vaxt və maliyyə itkisinə səbəb olub və layihənin təxminən 6 ay ləngiməsinə gətirib çıxarıb.

2025-ci ilin aprelində layihə rəhbərinə qeyri-rəsmi şəkildə layihədən uzaqlaşması üçün təzyiq göstərildiyi, may ayında isə əvvəlki ödənişlər üzrə maliyyə məsuliyyətinin icraçı şirkətin üzərinə keçirilməsinə cəhd edildiyi qeyd olunur. 12 iyun 2025-ci il tarixinə əsas məbləğin 67 643,80 manatı təmir işlərinə, 4 125 manatı isə icarə haqqına yönəldilib, digər ödənişlərin növbəti ayda həyata keçiriləcəyi vəd edilib.

Ganjavi Holding-in iddiasına görə, layihə üzrə İT infrastrukturu və havalandırma sistemi smetadan çıxarılıb və bu işlərin şirkət tərəfindən öz hesabına yerinə yetirilməsi tələb olunub. Şirkət bildirir ki, bu işlər yerinə yetirilsə də, ödənişlər edilməyib. Tranşlı maliyyələşdirmə mexanizminin pozulması nəticəsində layihə dayanma nöqtəsinə gəlib.

Şikayətə əsasən, işlər təxminən 95% tamamlanmış vəziyyətdə olarkən Agentlik Gəncə Kənd Təsərrüfatı Universiteti ərazisində alternativ obyekt axtarışına başlayıb. Hazır obyektin təhvil mərhələsində olduğu vaxtda bu axtarış dövlət və sponsor vəsaitlərinin dəyərdən salınması kimi qiymətləndirilir və qərarın hüquqi-strateji əsasları izah edilməyib.

Şirkət, həmçinin, yerli qurumlarla əlaqələrin əsassız məhdudlaşdırıldığını, danışıqlar zamanı bəzi vəzifəli şəxslər tərəfindən qeyri-etik ifadələr işləndiyini iddia edir. Xüsusilə "Mərkəz bizə aiddir, biz bilərik açırıq, ya yox" kimi fikirlərin işgüzar münasibətlərə uyğun olmadığı bildirilir.

Ganjavi Holding yaranmış vəziyyətin "Paşa Holding" və "Azercell" kimi tərəfdaşlarla münasibətlərə mənfi təsir göstərdiyini, maliyyə itkilərinə və sahibkarlıq etimadının zəifləməsinə səbəb olduğunu vurğulayır. Şirkət bildirir ki, layihə başa çatdırılmağa yaxın olsa da, qeyri-müəyyənliyə salınıb və bu, dövlət-özəl tərəfdaşlığı modeli, investisiya mühiti və vergi vəsaitlərinin istifadəsi ilə bağlı suallar doğurur.

Elşən Gəncəvi məsul qurumları Gəncə "Nizami İnnovasiya Mərkəzi" layihəsi üzrə qəbul olunmuş qərarların hüquqi, maliyyə və strateji əsaslarını ictimaiyyətə təqdim etməyə, atılan addımların nəticələrinə aydınlıq gətirməyə çağırır. O, təqdim olunan faktların rəsmi qaydada araşdırılmasına, ehtiyac olduqda müstəqil audit aparılmasına və bütün tərəflərin məsuliyyət bölgüsünün şəffaf şəkildə müəyyənləşdirilməsinə zərurət olduğunu qeyd edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 481   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı

Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığ

6 may
.

Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində baş verən partlayışda ölən həkim Asif Nəsirov dəfn edilib. xəbər verir ki, onun dəfn mərasimi Göyçay rayonunun Qaraxıdır kəndində baş tutub. Dəfn mərasimindən görüntüləri təqdim edirik:

6 may
.

1 aylıq körpə oksigen çatışmazlığından öldü

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Sabirabad rayon sakini 06.04.2026-cı il təvəllüdlü Miran Rəcəb oğlu Təhməzov Yasamal rayonunda yerləşən xəstəxanaların birində oksigen çatışmazlığından ölüb. Hadisə ilə bağlı araşdırma aparılır

7 may
.

"Ağıl və ürək dilemması daxili qarışıqlığın əlamətidir" - PSİXOLOQ

Ətrafımızsan, sosial şəbəklərdən izlədiyimiz və gördüyümüz qədəri ilə bir çox münasibətlərdə ciddi bir problem yaşandıqdan sonra tərəflər münasibəti sorğulamağa başlayır və ağıl ilə ürək arasında qalaraq qərar verməkdə çətinlik çəkirlər. Bəs, belə hallarda daha sağlam və düzgün qərar vermək üçün psixoloj

6 may
.

Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir

"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini

6 may
.

"Hayal Kahvesi"ndə istehlaka yararsız qida məhsulları aşkarlandı (FOTO)

Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi" MMC-yə məxsus "Hayal Kahvesi" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktları

7 may
.

Dilənçiliklə məşğul olanlar cərimələnəcək

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu

6 may
.

Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstinta

7 may
.

Bir aya hazırlanır, 900 manata satılır

Türkiyənin Şırnak bölgəsində qadınların əl əməyi ilə hazırladığı xüsusi səccadələr böyük maraq görür. Hazırlanması təxminən bir ay davam edən səccadələr təxminən 900 manata alıcı tapır. türk mediasına istinadən xəbər verir ki, bölgədə fəaliyyət göstərən sənətkar qadınlar ənənəvi naxışlardan istifad

7 may