Yeniyetmələri intihara sürükləyən təklükəli oyunlar... Valideynlər nə etməlidirlər? – PSİXOLOQDAN AÇIQLAMA
Dünən 13 yaşlı yeniyetmənin intihar xəbəri ölkə mətbuatının əsas gündəminə çevrildi. Qorxu filmləri, qorxulu videolar, eyni zamanda Mavi Balina kimi təhlükəli oyunlar yeniyetmələri daim qorxu, stress altında saxlayır. Nəticədə yeniyetmələr intihara əl atırlar. Bəs valideynlər hansı addımı atmalıdırlar?
Mövzu ilə psixoloq Gövhər Məmmədova BiG.AZ-a açıqlamasında bildirdi ki, valideynlər uşaqların yaşına uyğun cizgi filmlərini, filmləri və videoları izləməsinə nəzarət etməlidirlər. Onun sözlərinə görə, uşaqların hər şeyi izləməsi doğru deyil: "Xüsusi ilədə qorxu içərikli oyunlar oynamaq, eyni zamanda filmlər izləmək heç bir yaş kateqoriyası üçün uyğun deyil. Çünki bizim izlədiyimiz bütün filmlər şüur altında qalır və müəyyən bir yaşa çatdıqda, beyn həmin kadrları bizim gözümüzün önünə çıxarır və psixologiyamızla oynamağa başlayır. Uşaq davamlı olaraq eyni oyunu oynayırsa, valideyn artıq SOS siqnalı çalmalıdır.
Valideyn açıq aşkar uşağa sən bu oyunu oynama deyə bilməz. Çünki bu halda uşaq daha çox o oyunu oynamağa başlayacaq. İlk növbədə valideyn uşağa nəyə görə o oyunu oynaya bilməyəcəyini izah etməlidir. Uşağın diqqətini başqa şeyə yönləndirməliyik ki, həmin oyun uşağı yadından çıxsın. Birdə uşaq böyüdükcə çevrəsinə çox ciddi nəzarət etmək lazımdır ki, uşağın dostları kimlərdir yəni o kimlərlə vaxt keçirir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 591 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabr