Sabah yağış yağacaq? - Proqnoz

Sabah yağış yağacaq? - ProqnozDekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 565   Tarix: 03 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailə institutu niyə zəifləyir? - AÇIQLAMA

Müasir cəmiyyətin sürətlə dəyişməsi ailə institutuna da təsirsiz ötüşmür. Əvvəllər xüsusi dəyər olaraq qəbul edilən ailə indi daha keçici bir quruma çevrilməkdədir. Bu dəyişikliklərin səbəblərini anlamaq, həm fərdi, həm də sosial səviyyədə ailə anlayışının gələcəyini dəyərləndirmək üçün vacibdir. Bə

19 mart
.

Professor Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə APA-ya onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək

21 mart
.

Tətildən sonrakı ilk dərs günün vaxtı açıqlandı

Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayır. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

19 mart
.

Azərbaycana yaz gəldi

Azərbaycana yaz fəsli qədəm qoyub. "Qafqazinfo" xəbər verir ki, yaz fəslinin ölkəmizə daxil olması bu gün saat 18:45:53-ə təsadüf edib. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şima

20 mart
.

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə Gürcüstanın katolikos-patriarx II İlyanın dəfnində iştirak edəcək. xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, uzun illər İlya ilə dostluq edib:. "O dai

20 mart
.

Ağdam Cümə Məscidində bayram namazı qılındı

Ağdam Cümə Məscidində bayram namazı qılınıb. "Qafqazinfo" xəbər verir ki, uzun illər işğal dövründə ciddi zərər görmüş məsciddə bu cür dini mərasimlərin yenidən keçirilməsi bölgədə həyatın bərpasının mühüm göstəricisi kimi qiymətləndirilir. Bayram namazında iştirak edənlər birlik, həmrəyli

20 mart
.

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Azərbaycanda 2025-2026-cı illər üzrə nikah öncəsi müayinələr və prenatal diaqnostika göstəriciləri məlum olub. -a istinadən məlumatlna görə, Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, 2025-ci il ərzində nikah öncəsi müayinələrdən ümumilikdə 100 761 nəfər keçib

21 mart
.

Həcc ziyarəti üzrə kvota tamamlanıb?

Həcc ziyarəti üçün kvotanın cəmi 9 faizi tamamlanmamış qalır. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 91 faizi artıq tamamlanıb

20 mart
.

Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?

"Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər". xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində bildirilib. Qeyd olunub ki, b

19 mart