Şərhdə naziri "tag" etdi, o da cavab verdi
Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə paylaşımlara rəy yazması diqqət çəkib.
"Qafqazinfo" xəbər verir ki, nazir "Azərbaycan universitetləri" səhifəsində Qarabağ Universitetinin müəllimi Arzu Şükürovanın həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçməsi və elə həmin gün Bakıya qayıtması ilə bağlı paylaşıma rəy yazıb.
"Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!", - deyə E. Əmrullayev bildirib.
Nazir şərhlə yanaşı, onun adının "tag" olunduğu mesajları da cavabsız qoymayıb. Belə ki, sosial şəbəkə istifadəçilərindən biri bunun heç də fəxr ediləsi hal olmadığını deyib: "İnsan ömrü yollarda heç olur, qaranlıqda yola düşür və gec qayıdır. Bu hardasa gənc qız üçün təhlükəli də ola bilər. Xankəndidə 2-3 gün qalması üçün şərait yaratmaqdansa, insanın çəkdiyi lazımsız əziyyətə təşəkkür edirsiniz".
Emin Əmrullayev isə belə cavab verib: "Məhz fəxr ediləsi məsələdir. Bu, müəllimin şəxsi seçimidir. Başqa sözlə, Xankəndidə bu gün 400 nəfərə qədər həmkarımız evlə təmin edilib. Mənə maraqlı olan məqam isə odur ki, siz necə, haradan, hansı şəkildə nəticə çıxardınız ki, biz bu müəllimin Xankəndidə 2-3 gün qalması üçün şərait yarada bilməmişik? Necə gəldiniz bu nəticəyə?"
Əmrullayevin bu davranışı sosial şəbəkədə xoş qarşılanıb.
Sözügedən rəyləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1049 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrPensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabr