İstanbulda qadına qarşı şiddət: Kəməri it boyunluğu kimi taxıb küçədə gəzdirdilər - VİDEO
İstanbulun Beyoğlu rayonunda 29 oktyabrda sosial şəbəkələrdə yayılan videoda bir kişinin bir qadının boğazına kəməri it boyunluğu kimi taxdığı, "Miyavla", "Qadınlar mum kimidir, onları necə tərbiyə etsən, elə də olar", "Qadınlar həmişə itaət edər" kimi ifadələr işlədərək küçədə irəlilədikləri görüntülər ölkədə geniş rezonans yaratmışdı.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanmış iddianamədə videodakı şəxslərin Uras U. və Nurgül B. olduqları müəyyən edilib və hər iki şəxs sənəddə "şübhəli" qismində yer alıb.
İddianamədə qeyd olunur ki, Uras U. küçədə hərəkət etdikləri zaman Nurgül B.-nin boğazına kəməri it boyunluğu kimi keçirib və qadını alçaldıcı ifadələrlə hərəkət etməyə məcbur edib. Videonun Uras U. tərəfindən sosial mediada paylaşılması və hadisənin şübhəlilər arasında əvvəlcədən qurulmuş ssenari əsasında həyata keçirilməsi onların fiziki və psixoloji şiddət tətbiq etdiyini göstərdiyi bildirilib.
Sənəddə videonun "cəmiyyətin bir hissəsi olan qadınlara qarşı şiddətə təşviq edən, düşmənçilik və nifrət hissini artıran" mahiyyət daşıdığı vurğulanıb. Videonun açıq məkanda çəkilməsi və hər kəsə açıq hesabda paylaşılması səbəbilə hadisənin cəmiyyət üçün təhlükə yaratdığı qeyd olunub.
İfadəsində videonun "zarafat məqsədli" olduğunu bildirən Uras U., qadınlara qarşı alçaltma niyyəti olmadığını deyib. Digər şübhəli Nurgül B. isə Uras U. ilə 3 ay əvvəl tanış olduqlarını, onun özünü sosial media fenomeni kimi təqdim etdiyini və videoda oynamağı maddi ehtiyac səbəbilə qəbul etdiyini söyləyib.
Hazırlanan iddianamədə hər iki şübhəli — Uras U. və Nurgül B. üçün zəncirvari şəkildə "xalqı kin və düşmənçiliyə açıq-aşkar təhrik etmək" ittihamı ilə 1 il 10 aydan 7 il 10 aya qədər həbs cəzası tələb edilib.
Şübhəlilərin məhkəməsi İstanbul Asliye Cinayət Məhkəməsində başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 930 Tarix: 05 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
5 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatası d
5 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrDƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü - FOTO
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
6 sentyabrXırdalanda obyektdə güclü yanğın oldu - Video
Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə
4 sentyabrQazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər
6 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabr