Telefonda sevgilisi ilə mübahisə edən gənc qız 17-ci mərtəbədən özünü ataraq həyatına son verdi
ABŞ-da Texas A&M Universiteti tələbəsi Brianna Aguileranın faciəvi ölümü geniş rezonans doğurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Gənc qız universitetinin Austin şəhərində keçirilən oyununu izləmək üçün dostları ilə birlikdə şəhərə getmiş və gecə 17-ci mərtəbədə yerləşən bir tələbə mənzilində təşkil olunan məclisə qatılmışdı. Lakin gecənin sonunda dəhşətli hadisə ilə nəticələnib.
Polisin açıqlamasına görə, Aguilera ölməzdən cəmi üç dəqiqə əvvəl sevgilisi Aldo Sanchez ilə telefon vasitəsilə sərt bir mübahisə edib. Bu danışıqdan dərhal sonra o, mənzilin eyvanından özünü ataraq həyatına son verib.
Hadisədən bir neçə həftə əvvəl isə Brianna və sevgilisinin sosial şəbəkələrdə xoşbəxt anlar paylaşdığı görünürdü. Cütlüyün kostyumlu tədbirlərdən tutmuş romantik görüşlərə qədər bir çox xatirəsi sosial mediada yer alırdı.
Briannanın anası qızının ölümünün intihar olmadığını iddia etsə də, polis araşdırması başqa nəticələr ortaya çıxarıb. Rəsmi məlumata görə, gənc qızın telefonunda silinmiş intihar qeydi aşkarlanıb. Həmçinin ölüm gecəsi bir neçə dostuna "özünə zərər verə biləcəyini" bildirəcək mesajlar göndərdiyi qeyd olunub. Polis onun daha əvvəl də yaxın çevrəsinə intihar düşüncələrindən bəhs etdiyini təsdiqləyib.
Ailə hadisənin "şübhəli" olduğunu və Briannanın bunu öz istəyi ilə etməyəcəyini düşünür. Lakin istintaq orqanları əldə olunan sübutların gənc qızın psixoloji olaraq çətin bir dövr keçirdiyini göstərdiyini bildirir.
Gənc yaşında həyatını itirən Brianna Aguileranın faciəsi həm ailəsini, həm də universitet cəmiyyətini dərindən sarsıdıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1052 Tarix: 05 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabr