Kartof yükündə gizlədilən külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf Mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri, rəqəmsal hədəfləmə alqoritmləri və real-vaxt nəzarət sistemləri hesabına xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
"Report" komitəyə istinadən xəbər verir ki, Hədəf Mərkəzinin analitik platforması tərəfindən Türkiyədən Azərbaycana "kartof" yükü gətirən nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, yük məlumatlarında uyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu üzrə nəzarətə götürülüb.
Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə qanunsuz müdaxilə faktı aşkarlanıb.
Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı "kartof" yükünün içərisində gizlədilən və qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd göstərilən karton qutular saxlanılıb.
Karton qutulara keçirilən baxış zamanı, ümumilikdə 90 adda 22 min ədəd dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Gömrük Komitəsi bildirir ki, dərman vasitələrinin qanunsuz yolla gömrük sərhədindən keçirilməsi insanların həyat və sağlamlığı üçün böyük təhlükə yarada bilər və bu cür qanunsuz hərəkətlər yolverilməzdir, onların qarşısı ən ciddi şəkildə alınmaqla bu əməlləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 527 Tarix: 06 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrTürk bayrağına tüpürən ingilis turist həbs edildi
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba
9 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrHAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrQadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabr