"Koreya-Azərbaycan münasibətləri perspektivli və uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl üzərində inkişaf edir" - AÇIQLAMA

"Koreya-Azərbaycan münasibətləri perspektivli və uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl üzərində inkişaf edir" - AÇIQLAMA"1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri Koreya Respublikası və Azərbaycan dostluq əlaqələrini və qarşılıqlı faydalı tərəfdaşlığı ardıcıl şəkildə inkişaf etdirirlər" - bunu Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu "Report"a müsahibəsində deyib.

"Bu gün bizim əməkdaşlığımız ticarət, mədəniyyət, təhsil və çoxtərəfli qarşılıqlı əməkdaşlıq da daxil olmaqla geniş sahələri əhatə edir. İnsanlar arasında əlaqələr əhəmiyyətli dərəcədə artıb. Bu isə cəmiyyətlərimizin bir-birinə dərin və səmimi marağını nümayiş etdirir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini fəal şəkildə dəstəkləyir. Bu da onların sülhə, davamlı inkişafa və qlobal əməkdaşlığa ümumi sadiqliyini əks etdirir.
Müxtəlif sektorlarda istifadə olunmamış mühüm potensialı, xalqlarımızın və institutlarımızın qarşılıqlı əlaqəyə açıq şəkildə hazır olmasını nəzərə alaraq, gələcək inkişaf üçün əhəmiyyətli imkanlar qalır" - deyə o, qeyd edib.

"Koreya Respublikası ilə Azərbaycan arasında münasibətlər son illərdə dinamik inkişaf edən, praqmatik və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq modeli üzrə formalaşıb", -bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Siyasi dialoq sabitdir və yüksək səviyyəli təmaslar münasibətlərin institusional əsaslarını möhkəmləndirir. İki ölkə beynəlxalq platformalarda da bir-birinin mövqeyinə hörmətlə yanaşır. İqtisadi əməkdaşlıq münasibətlərin aparıcı istiqamətlərindən birinə çevrilib. Xüsusilə neft-kimya, energetika, tikinti və infrastruktur sahələrində Koreya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Koreyanın qabaqcıl texnologiya və sənaye təcrübəsi Azərbaycanın modernləşmə strategiyası ilə uyğunluq təşkil edir. Nəqliyyat, "yaşıl enerji" və smart-city layihələri gələcək əməkdaşlıq üçün yeni imkanlar açır. Ticarət dövriyyəsi hələ potensiala tam uyğun olmasa da, artım dinamikası müsbət tendensiya göstərir. Humanitar sahədə də münasibətlər tədricən dərinləşir. Təhsil proqramları, tələbə mübadilələri və mədəni layihələr xalqlar arasında qarşılıqlı bağlılığı gücləndirir. Koreya modeli Azərbaycanda texnoloji inkişaf baxımından maraqla öyrənilir. Rəqəmsal transformasiya sahəsində təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan regionun əsas geosiyasi və logistik mərkəzlərindən biri kimi Koreya üçün strateji əhəmiyyət kəsb edir. Ümumilikdə, mövcud mərhələdə Koreya-Azərbaycan münasibətləri stabil, perspektivli və uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl üzərində inkişaf edir"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 812   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?

İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub. İRNA agentliyinə istinadən xəbər verir ki, bu barəd

6 sentyabr
.

Prezident həmkarını təbrik etdi

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovaya təbrik məktubu göndərib. Qaynarinfo xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Şimali Makedoniya Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızd

8 sentyabr
.

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır

Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Ba

12 sentyabr
.

Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması"

10 sentyabr
.

İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərdi

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. Qaynarinfo xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Emoməli Şərifoviç,. Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımda

9 sentyabr
.

Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"

"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələlər

11 sentyabr
.

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını

14 sentyabr
.

Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb. "Report"a istinadən bildirir ki, diplomatlar səfərin ikinci günündə Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər Monastır Kompleksini, daha sonra isə Kəlbəcə

12 sentyabr
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-c

14 sentyabr