Nəsimi Ağayev Paşinyanı erməni dilində salamladı - Video
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən tədbir zamanı Ermənistan Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntüləri "Sputnik Ermənistan" yayıb.
Paşinyana erməni dilində "Almaniyaya xoş gəlmisiniz" deyən səfir çıxışına ingilis dilində davam edib.
N.Ağayevin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir: "Bu, münasibətlərimizdə nail olduğumuz ən sabit və dinc dövrdür. Biz övladlarımızın, nəvələrimizin bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacağına nail olmuşuq. Ümid edirəm ki, onlar daim sülh şəraitində yaşayacaq və əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub".
Səfir, həmçinin Vaşinqton razılaşmalarının tam şəkildə həyata keçiriləcəyinə ümid etdiyini əlavə edib.
Bununla belə, Ağayev son maneə - Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinə də toxunub: "Ümid edirik ki, sülh müqaviləsini rəsmi olaraq imzalamaq üçün bu da aradan qaldırılacaq".
Xatırladaq ki, N.Paşinyan dekabrın 9-da Berlinə səfər edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 861 Tarix: 10 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr