Çəkiniz niyə hər gün dəyişir? - 5 ƏSAS SƏBƏB
Bədən çəkisinin gün ərzində dəyişməsi tamamilə normal və fizioloji prosesdir. Çəki göstəriciləri müxtəlif orqan funksiyalarına görə yuxarı-aşağı oynaya bilər və bu dalğalanmaların tam qarşısını almaq mümkün deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya görə, çəkidəki dəyişikliklər gün ərzində nə vaxt və nə yediyinizdən, nə qədər su içdiyinizdən, tərləyib-tərləmədiyinizdən və tualetə nə vaxt getdiyinizdən asılı ola bilər. Mütəxəssislər daha dəqiq nəticə üçün eyni şəraitdə səhər yuxudan oyandıqdan və tualetə getdikdən sonra, səhər yeməyindən əvvəl çəki ölçməyi tövsiyə edirlər.
Gün ərzində qidalanma
Gündəlik menyu da çəkidə müvəqqəti dəyişikliklər yarada bilər. Karbohidrat və duzla zəngin məhsullar bədəndə mayenin saxlanmasına səbəb olur. Bu halda çəki artımı yağ toxuması ilə deyil, qidanın həzm olunana və bədəni tərk edənə qədər yaratdığı qısa müddətli maye dəyişiklikləri ilə bağlıdır.
Maye balansı
Məlumata görə, insan bədəninin 45-75 faizi sudan ibarətdir. Buna görə də orqanizmdə maye səviyyəsi çəkiyə ciddi təsir edir. Susuzlaşma və ya güclü tərləmə çəkini müvəqqəti azalda bilər, duzun çoxluğu və daha çox suya ehtiyac isə əksinə, çəkini artırır. Bu dəyişikliklər də yağ artımı ilə bağlı deyil, sadəcə bədəndəki su miqdarı ilə əlaqəlidir.
Hormonlar
Hormonların təsiri də gün ərzində çəkidə dəyişiklik yarada bilər. Menstrual dövr zamanı estrogen və progesteronun səviyyəsinin dəyişməsi mayenin tutulmasına və müvəqqəti çəki artımına gətirib çıxarır. Stress hormonu olan kortizol isə həm iştaha, həm də orqanizmdə suyun saxlanmasına təsir edir, bu da çəkidə dalğalanmalara səbəb ola bilər.
Bağırsaqların fəaliyyəti
Bağırsaq fəaliyyətinin ritmi də çəkiyə təsir edir. Normalda insan gündə bir və ya iki dəfə bağırsaqları boşaltmalıdır. Əgər gecikmə olarsa, orqanizmdə mayenin toplanması hesabına çəki müvəqqəti olaraq arta bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 672 Tarix: 11 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrVətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabr