Ümummilli Liderin irsi müasir Azərbaycanın dayağıdır

Ümummilli Liderin irsi müasir Azərbaycanın dayağıdırÜmummilli Liderin irsi müasir Azərbaycanın dayağıdır.

Ulu Öndər, dahi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevi vəfatının 22-ci ildönümündə hörmətlə anırıq. Heydər Əliyev, Azərbaycanın müstəqillik qazanmasından sonra ölkənin inkişafı istiqamətində atdığı addımlarla böyük bir irs qoymuşdur.

Sovet dövründə - 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında respublikada geniş sənaye və infrastruktur layihələri həyata keçirilmiş, neft sektorundan başqa sahələrdə - kənd təsərrüfatı, sənaye istehsalı, tikinti və sair sahələrin inkişafı sürətlənmişdir. Onun dövründə Azərbaycanda sənaye müəssisələrinin sayı artmış, iqtisadiyyat modernləşmiş, əmək məhsuldarlığı və gəlirlər yüksəlmişdir. Bu, yalnız sovet dövrünün deyil, müstəqillik dövrünün iqtisadi əsaslarının formalaşması üçün də zəmin yaratmışdır.

Müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə müasir Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu, ölkənin hüquqi-siyasi əsaslarının möhkəmlənməsi baxımından çox önəmli idi. Eyni zamanda, plüralist siyasi sistemin formalaşması, mətbuatın, milli, müstəqil medianın təşəkkülü istiqamətində addımlar atılmış, söz və informasiya azadlığına önəm verilmişdir. Bu siyasi islahatlar sayəsində Azərbaycan dövləti yalnız adətən formalaşmış yox, həm də hüquqi, institusional bazaya malik olmuşdur.

Heydər Əliyev "Azərbaycançılıq" ideyasını milli kimlik, milli ruh, tarixi yaddaş və mədəni dəyərlərin bərpası və qorunması prizmasından önə çəkmişdir. Onun təşəbbüsü ilə tarixi memarlıq və mədəni irs abidələrinin qorunması üçün addımlar atılmışdır. Eyni zamanda, Ulu Öndər təhsil, elm və mədəniyyət sahələrinin inkişafına böyük önəm vermişdir.

Heydər Əliyev sosial rifah, vətəndaşların sağlamlıq, sosial müdafiə və mənafeyinin təminatı kimi məsələləri prioritetə çevirərək, "sosial dövlət" modelinin əsaslarını qoymuşdur. Bu modelin təməli onun dövründə formalaşmış və müstəqillik illərindən hal-hazırki dövrə kimi davam etdirilmişdir.

Ümummilli Liderin dövründə və sonrakı illərdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclənmiş, ölkəmizin strateji mövqeyi nəzərə alınaraq balanslı və müstəqil xarici siyasət xətti formalaşdırılmışdır. Bu siyasət müasir dövrdə Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzlu aktor kimi tanınmasına imkan yaratmışdır. Onun siyasəti nəticəsində yaradılmış sosial, iqtisadi, mədəni, hüquqi və institusional baza müasir Azərbaycanın dayanıqlı və inkişaf edə bilən dövlətə çevrilməsində əsas rol oynamışdır.

"Azərbaycançılıq" ideologiyası və milli kimlik, milli ruhun bərpası prosesləri xalq arasında böyük özünüdərkin yaranmasına, milli mənlik şüurunun bərpa edilməsinə xidmət etmiş, yeni nəsillərin formalaşmasına şərait yaratmışdır. Ulu Öndərin Elm, təhsil və mədəniyyətə verdiyi önəm sayəsində Azərbaycanın intellektual potensialı artmış, gənc kadrların formalaşdırılması həyata keçirilmiş, cəmiyyətin maariflənməsi istiqamətində mühüm addımlar atılmışdır. Onun ideyaları, siyasi kursu və dövlətçilik modeli bu gün müstəqil Azərbaycanda uğurla davam etdirilir.

Beləliklə, Heydər Əliyevin irsi nəinki onun dövründə xalqımıza və dövlətimizə xidmət etdi, həm də gələcək nəsillərə, müasir, müstəqil, milli dövlət ideyaları ilə yaşamağı seçmiş ölkəyə miras qaldı.

Ulu Öndərin ruhu şaddır. Çünki bu gün, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu hərbi-siyasi rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın işğal altında olan beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad etmiş, Ulu Öndərin arzusunu reallaşdırmışdır.

Heydər Əliyev Azərbaycanın müasir tarixinin ən mühüm şəxsiyyətlərindən biri olaraq, xalqın yaddaşında və qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 638   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr