Bakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandı

Bakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandıNizami rayonu Bəkir Çobanzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dekabrın 12-si 00:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, B.Çobanzadə küçəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə (kişi) ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Döş qəfəsinin və çanağın küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.

09:47

Paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi zamanı baş verən güclü yanğının görüntüsü ortaya çıxıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

"Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı "Volkswagen" və "Porsche" markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub", - məlumatda bildirilib.

Qeyd edilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb, avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.

01:38

Bakıda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, hadisə yerində iki yaralıya tibbi yardım göstərilib, "Porsche"nin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Porsche"nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.

00:54

Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza gecə saatlarında qeydə alınıb.

Belə ki,"Porsche Panamera" və "Suzuki" markalı iki avtomobil toqquşaraq qaz borusuna çırpılıb. Toqquşma nəticəsində "Porsche" aşıb. Qəza nəticəsində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

Hadisə yerindən görüntüləri təqdim edirik:
Bakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandıBakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandıBakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandıBakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandıBakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandıBakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandıBakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandıBakıda "Porsche"nin düşdüyü qəzada GÜCLÜ YANĞIN: Xəsarət alanın vəziyyəti açıqlandı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 584   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr