Məktəblilər arasında bıçaqlı dava: 16 yaşlı yeniyetmə yaralanıb - VİDEO

Məktəblilər arasında bıçaqlı dava: 16 yaşlı yeniyetmə yaralanıb - VİDEOTürkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda parkda lisey şagirdləri arasında baş verən bıçaqlı dava nəticəsində 16 yaşlı yeniyetmə xəsarət alıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Fatih məhəlləsi, Cumhuriyet prospekti üzərində yerləşən parkda qeydə alınıb. Əldə olunan məlumata görə, daha əvvəl aralarında ədavət olduğu bildirilən məktəb şagirdləri parkda qarşılaşdıqdan sonra mübahisə etməyə başlayıblar.

Mübahisənin davaya çevrildiyi hadisə zamanı 16 yaşlı M.T. yanında olan bıçaqla yaşıdı M.Y.-ni yaralayıb. Ətrafdakı vətəndaşların məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı yeniyetmə hadisə yerində göstərilən ilkin tibbi yardımdan sonra Derince Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Şübhəli şəxs M.T. isə polis əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb və sağlamlıq yoxlaması üçün Körfəz Dövlət Xəstəxanasına aparılıb. Buradakı prosedurlar başa çatdıqdan sonra o, ifadəsinin alınması üçün Körfəz Tütünçiftlik Polis Bölməsinə aparılaraq saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 594   Tarix: 15 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən xoş günləri faciəyə döndü: Toyda baş verən yanğın 22 nəfərin həyatına son qoydu - VİDEO

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimi keçirilən zaman salonda yanğın baş verib. xarici mediaya istinadla xəbər verir ki, alovların salonda sürətlə yayılması qonaqlar arasında böyük təşvişə səbəb olub. İnsanların binadan çıxmağa çalışdığı zaman izdiham yaranıb. Hadisə nəticəsind

7 sentyabr
.

Tərtərdə istixana işçisi güllələndi

Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb

7 sentyabr
.

Bakıda yeni tikilən binada yanğın - Fotolar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr

7 sentyabr
.

Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO

Avtobusda təcavüzə məruz qaldığını bildirən qadın yaşadığı hadisəni evə qayıtdıqdan sonra ərinə danışıb. Lakin dəstək gözlədiyi halda keçmiş ərinin onu günahlandıran reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, qadın yaşadığı hadisəni keçmiş ərinə danışıb. Lakin əri ona dəstə

11 sentyabr
.

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb - VİDEO

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb. -ın məlumatına görə, yanğının güclü külək səbəbindən genişləndiyi bildirilir. Yanğının ərazidə hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

7 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr
.

"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin ŞOK DETALLARI - VİDEO

Kanatın qırılması nəticəsində iki nəfərin həlak olduğu hadisənin detalları məlum olub. xəbər verir ki, bir neçə gün əvvəl Şəkidə, "Şəki Yaylası" İstirahət Mərkəzində baş verən bədbəxt hadisə nəticəsində iki nəfər həyatını itirib. Vəfat edən Qax rayon sakini, 30 yaşlı Coşqun Məmmədovun yaxınlar

12 sentyabr
.

Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü

Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb. -a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlum səbəbdə

5 sentyabr
.

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd

6 sentyabr