10 gündür itkin düşən 74 yaşlı kişi evində ölü tapıldı
Türkiyənin Eskişehir şəhərində 10 gündür itkin düşən 74 yaşlı Sebahattin K. yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisəni onunla əlaqə yarada bilməyən məhəllə muxtarı aşkarlayıb. Aparılan ilkin araşdırmalar zamanı yaşlı kişinin ölümünün şübhəli olduğu bildirilib.
Əldə edilən məlumata görə, sözügedən küçədə yerləşən evdə tək yaşayan Sebahattin K.-dan 10 gün ərzində xəbər alınmayıb. Onunla əlaqə saxlamağa çalışan, lakin buna nail ola bilməyən məhəllə muxtarı vəziyyətlə bağlı polisə məlumat verib.
Yoxlama məqsədilə evə daxil olan polis əməkdaşları Sebahattin K.-nı hərəkətsiz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaşlı kişinin həyatını itirdiyini təsdiqləyib. Daha sonra hadisə yerinə gələn bələdiyyə həkimi ölümün şübhəli olduğunu qeyd edib.
Sebahattin K.-nın meyiti müayinə olunmaq üçün xəstəxananın morquna aparılıb. 74 yaşlı kişinin dəqiq ölüm səbəbi aparılacaq ekspertiza və araşdırmalardan sonra müəyyən ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 838 Tarix: 15 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabr