Nazirlik Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib

Nazirlik Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib"Yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır. Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi sonda əziz bayram günlərində insan sağlamlığı üçün təhlükə yaradan, əmlak və infrastruktura maddi ziyanın dəyməsi ilə nəticələnən, bəzən faciəyə çevrilən yanğınların baş verməsinə səbəb olur".

Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin müraciətində bildirilib.

"Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən Yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır.

Belə ki:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməli;

- şənlik keçirilən məkanı tərk edərkən işıqlandırıcı cihazlar elektrik şəbəkəsindən ayrılmalıdır.

Həmçinin bayram şənliklərinin təşkil olunduğu məkanlarda aşağıdakılar nəzərə alınmalıdır:

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;

- məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi asılmalı;

- ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;

- təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;

- otağın qapıları mütləq çıxışa doğru açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıqlar tam söndürülməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı;

- bina və qurğulara, eləcə də yanğın hidrantlarına və su hovuzlarına sərbəst yaxınlaşma təmin edilməli, bu yerlərə gedən yollar nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməməlidir", - müraciətdə qeyd edilib.

Bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır:

"Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək tələb olunur. Obyekt rəhbərləri yanğın təhükəsizliyinin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 865   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İtaliya Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərən, regionda sabitliyi dəstəkləyən ölkələr sırasında yer alır" - Bəhruz Quliyev

"Azərbaycan - İtaliya münasibətləri artıq diplomatik əlaqələr çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan ilə İtaliya arasında formalaşan qarşılıqlı etimad həm siyasi, həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından Avropa məkanında mühüm əhəmiyyət daşıyır."

5 may
.

Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ

Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-də

7 may
.

İdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA

Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir. Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həya

6 may
.

Boşanma davası açdığı həyat yoldaşından gələn mesaj qadını şoka saldı - FOTO

Boşanma mərhələsində olan qadın, həyat yoldaşına qarşı məhkəmə iddiası qaldırdıqdan sonra aldığı mesajla böyük şok yaşayıb. Qadın həmin yazışmanı sosial şəbəkədə "həyat yoldaşımın mənə son iftirası" qeydi ilə paylaşıb. türk mediasına istinadən xəbər verir ki, paylaşılan mesajda kişinin həya

6 may
.

İranda "İsa Məsih" TUTULDU

İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha

6 may
.

Sirkə içən "Dr. Gülü"nün vəziyyəti necədir? - Açıqlama

Bakıda özünü "Dr. Gülü" kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır. Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzə sorğ

6 may
.

Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir

"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini

6 may
.

Eldar Əzizov rəisi işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Əmr imzalayıb. Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularını

6 may
.

Hacı Vəliyevə hökm oxundu

Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"

6 may