"Cəza tədbirlərinə keçməzdən əvvəl televiziya kanallarının rəhbərləri ilə ayrıca və məqsədli müzakirələr aparılmalıdır" - AÇIQLAMA
Bir müddət əvvəl Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, Şura verilişlərin monitorinqində süni intellektdən istifadə etməyə başlayıb.
Nəticədə aparıcılar tərəfindən təxminən 3 min dəfə xarici sözlərdən istifadə edildiyi müəyyənləşib. Məsələn, "ok" sözü 104 dəfə səsləndirilib. Şura dil haqqında qanundan irəli gələrək 500 manatdan 1000 manata qədər cərimələr tətbiq edəcək
Bəs görəsən bu qərar televiziyada müsbət dəyişikliklərə səbəb olacaq?
Media eksperti Azər Həsrət mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verib:
"Hər hansı cəzanın tətbiqi problemin həllinə müəyyən dərəcədə töhfə versə də, hesab edirəm ki, cəza tədbirlərinə keçməzdən əvvəl televiziya kanallarının rəhbərləri ilə ayrıca və məqsədli müzakirələr aparılmalıdır. Onlara konkret və yazılı təlimatlar təqdim edilməli, mövcud qüsurlar aydın şəkildə izah olunmalıdır.
Məsələn, süni intellekt vasitəsilə efirdə aşkarlanan nöqsanlar sistemləşdirilərək bir araya toplanmalı və rəsmi şəkildə televiziya rəhbərlərinə göndərilməlidir. Bu zaman onlara açıq xəbərdarlıq edilməlidir ki, qeyd olunan qüsurlar müəyyən müddət - məsələn, bir ay ərzində aradan qaldırılsın və görülən tədbirlər barədə Audiovizual Şuraya yazılı məlumat verilsin: hansı addımlar atılıb, problemlərin qarşısı necə alınıb və s.
Təəssüf ki, uzun illər ərzində televiziya və radio kanalları bu məsələlərdə faktiki olaraq nəzarətsiz qalıb. Onlara irad bildirilməyib, istiqamət verilməyib və nəticədə yol verilən səhvlər vərdişə çevrilib. İstər jurnalistlər, istər aparıcılar, istərsə də efirə dəvət olunan ekspertlər eşitdiklərini olduğu kimi təkrarlayır, eyni danışıq tərzini davam etdirirlər. Çünki bu, artıq formalaşmış bir praktikaya çevrilib.
Məhz buna görə də hesab edirəm ki, Audiovizual Şura qüsurları aşkar etdikdən sonra televiziya rəhbərlərinə rəsmi və yazılı göstərişlər göndərməli, onlardan konkret vaxt çərçivəsində tədbir görülməsini tələb etməlidir. Yalnız bu xəbərdarlıqlara baxmayaraq nöqsanlar aradan qaldırılmadığı təqdirdə cərimə mexanizmlərinə keçmək məqsədəuyğundur.
Bununla yanaşı, cərimələr simvolik məbləğlərlə məhdudlaşmamalıdır. İlk dəfə 500 manat, ikinci dəfə 1000 manat, daha sonra 3000 manat və mərhələli şəkildə artırılmalıdır. Bu proses yalnız bir məqsədə xidmət etməlidir: efirdə yol verilən bu cür səhvlərin yolverilməz olduğunu aydın şəkildə anlatmaq və onları tamamilə aradan qaldırmaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Aldığı təzə avtomobili ekspertizaya aparan kişi həyatının şokunu yaşadı
Alena Əliyevanın tələbələrlə səmimi görüşündən - Fotolar
Faydaları sizi heyrətləndirəcək!
Bakıda müğənni əməliyyatdan sonra öldü
Partlayışda xəsarət alan həkim öldü
Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı
Sabah hava necə olacaq?
Mövlud Çavuşoğlunun qardaşı güllələndi
Uşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki...
Qalmaqal: Kim Kardaşyanın oğluna anasının şəxsi videoları göstərildi
Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası
Görünüşə görə qapıdan qaytardılar
Boşanma davası açdığı həyat yoldaşından gələn mesaj qadını şoka saldı - FOTO