Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA
Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyin və ənənənin qorunmasıdırsa, digərləri üçün bu, ailə büdcəsini çətinliyə salan israfçılıq nümunəsidir. Bəs, ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycanda toyla bağlı yaşanan problem ənənənin özündən yox, bu ənənəyə sonradan yüklənmiş ifrat gözləntilərdədir:
"Ənənə sosial həmrəyliyi gücləndirən, ailələri və qohumluq şəbəkələrini bir araya gətirən kollektiv ritualdır. Amma sosial rituallar funksiyasını itirib nümayiş və rəqabət vasitəsinə çevriləndə artıq birləşdirici yox, yükləyici, basqılayıcı rol oynamağa başlayırlar. Bu gün toy ailə qurmaqdan və şadyanalıq etməkdən daha çox, cəmiyyət qarşısında imtahan vermək kimi görülür.
Əslində, ənənələrdə bu cür ifrata varmalar cəmiyyətlər üçün yeni bir şey deyil. İnsanlar təkcə öz ehtiyacları üçün yox, həm də başqalarına nələrisə göstərmək üçün pul xərcləyirlər və bu prosesdə hər şeyi - yeri gələndə ənənələri, dini dəyərləri də - alətə çevirə bilirlər. Toylarda bahalı zallar, israfçı menyular, borcla alınan zinət əşyaları məhz bu sosial nümayişin məhsuludur. Burada problem toy adətində yox, bu adətə əlavə edilmiş və zamanla "mütləq olmalıdır" kimi qəbul edilən gözləntilərdədir.
Ona görə də çıxış yolu ənənədən imtina etmək yox, onu islah etməkdir. Hər şeyi "bizdə belədir" deyib qorumaq yox, "bizdə niyə belə oldu?" sualını vermək lazımdır. Ənənə canlı mexanizmdir, donmuş muzey eksponatı deyil. Gərəksiz artıqları kəsmək, amma əsas mahiyyəti qorumaq mümkündür və bu, milli kimliyə xəyanət yox, əksinə, onun sağlamlaşdırılmasıdır".
Vüsalə İbarhimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1289 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabr