Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMAFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

BAKU.WS xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən "Baku Electronics" MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- obyektin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb;

- daxili yanğın kranları işlək vəziyyətdə deyil;

- obyektin zirzəmisində qeyri-standart elektrik qızdırıcısından istifadə edilir;

- obyekt odsöndürən balonlarla təmin olunmayıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- zirzəmidə təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmır;

- obyektin zirzəmisində müxtəlif təyinatlı otaqlar tikilərkən qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmayıb;

- obyektin birinci mərtəbəsində fəaliyyət göstərən satış mağazasında havalandırma sistemi mövcüd deyil;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;

- ⁠tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq obyektin anbar sahəsi çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşdirilib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən "Baku Electronics" MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMANazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 987   Tarix: 20 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr