Xarici seriallara qoyulan qadağa qismən götürülsədə, telekanallarda niyə yayımlanmır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Xarici seriallara qoyulan qadağa qismən götürülsədə, telekanallarda niyə yayımlanmır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA2012-ci ilə qədər ölkədə RedeGlobo, Telemundo, RC TV, Televisa, Telefe, TV Azteca və s. telekanallara məxsus Braziliya, Kolumbiya, Meksika və digər ölkələrə məxsus seriallar yayımlanırdı. Klon, Donna Barbara, Tikan və Gül, Günahın rəngi, İyudanın arvadı, Dəlisov Anastasiya, Gizli ehtiras, Qisas, Şərtsiz Məhəbbət, Özgə Günahları və s. seriallar izləyiciləri sözün əsl mənasında ekran qarşısına kilidləmişdi. Əsasən həftə içi 5 gün yayımlanan bu serialları maraqla izləmək üçün axşam saatlarında hər kəs uşaqdan böyüyədək ekran qarşısında toplaşırdı. 2012-ci ildə isə o zamanki Milli Televiziya və Radio Şurası tərəfindən ölkədə xarici serialların yayımı dayandırıldı.

Yayımın dayandırılmasına isə səbəb kimi onların dəyərlərinin bizim dəyərlərdən fərqli olması, yəni xarici serialların bizim milli mənəvi dəyərlərə zidd olduğu göstərildi. Eyni zamanda yerli serialların çəkilməsi və inkişafı üçündə bu addım atıldı. Həmin dövrdə prezidentin sərəncamı ilə yerli serialların çəkilməsi üçün telekanallara maliyyədə ayrıldı. Lakin artıq uzun illərdir ölkədə yerli seriallar çəkilsədə, nə keyfiyyət, nə ssenari, nədə aktyor peşəkarlığı baxımından xarici seriallarla müqayisədə eyni tərəziyə qoyula bilməz. Nəticədə izləyicilər Türkiyə və Rusiya kanallarındakı seriallara yönəldilər. Ən gülməlisi isə odur ki, milli mənəvi dəyərlərə və əxlaqımıza zidd olduğu səbəbi ilə yayımı dayandırılan xarici serialların yerinə çəkilən yerli seriallarda daha biabırçı vəziyyət yaranıb.

Beləki yerli seriallarda izləyicilərə qaynatanın gəlinlə eşq yaşaması, yaşlı kişinin nəvəsi yaşında qıza aşiq olması kimi əxlaqsızlıq və pedofiliya təbliğ olunur. Halbuki o zamanki Milli Televiziya və Radio Şurasının əxlaqsız hesab etidiyi Qərb ölkələrinin seriallarında belə şeylər qətiyyən yox idi. Bir neçə il əvvəl isə izləyicilərin gözünü Türkiyə və Rusiya telekanallarından yığmaq üçün, həmdə yerli serialların xarici seriallarla rəqabətə girib inkişaf etməsi üçün limitlə yəni həftənin müəyyən günlərində xarici serialların yayımına icazə verildi. Ancaq bu dəfədə Qərb ölkələrinə məxsus serialların yayımı bərpa olunmadı.

Bu dəfə isə Qərb ölkələri seriallarının yerini Özbəkistan serialları əvəz etdi. Birdə bəzi türk serialları azərbaycan dilinə tərcümə olunaraq yayımlandı. Türk dilini təbii olaraq hər kəs bilir və onsuzda peyk antenası və kabel vasitəsi ilə izləmək mümkündür. Belə olduğu təqdirdə onsuzda hər kəsin izləyə bildiyi, üstəlik çoxdan izləyib bitirdiyi türk seriallarını birdə azərbaycan dilinə tərcümə edib yayımlamağın nə mənası var oda müəmmalıdır.
Xarici seriallara qoyulan qadağa qismən götürülsədə, telekanallarda niyə yayımlanmır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Qulu Məhərrəmli BiG.AZ-a açıqlamasında bildirdi ki, 90-cı illərin əvvəlləri və ortalarına qədər Azərbaycan ekranlarında xarici seriallar aşırı dərəcədə çox nümayiş etdirilirdi. Onun sözlərinə görə, əslində o serialların yayımının dayandırılması və yerli serialların çəkilməsi, televiziyalar üçün məhsul istehsalı yəni bu yanaşma özü doğru idi: "Burda birinci növbədə yayım siyasəti, mənəvi və əxlaqi məsələlər, həmçinin kommersiya məqsədləri var idi. Hesab edirəm ki, bunlara müəyyən dərəcədə nail olundu. İlk dövrdə çəkilən serialların hamısı uğurlu olmasada sonrakı seriallar isə normal idi.

Ancaq çox təssüfki mövzularının bir çoxu Azərbaycan həyatı üçün real olmayan mövzulardır. Bu mövzuların bir çoxu xarici seriallardan qaynaqlanır. Xeyli süni süjetlər var. O cümlədən, ailə məişət məsələləri ilə bağlı. Dünyada yaxşı nümunələr var. O cümlədən qardaş Türkiyədə serial bazarı kifayət qədər zəngindir və baxımlıdır".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1451   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust