Aylardır fasiləsiz öskürür, səbəbi tapılmır - VİDEO
Batman şəhər mərkəzində yaşayan Arı ailəsinin 13 yaşlı oğlu Məhəmməd Eyüp Arı artıq 51 gündür öskürəkdən əziyyət çəkir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gecə-gündüz davam edən öskürək tutmaları azyaşlının həyatını demək olar ki, dözülməz hala gətirib.
Məlumata görə ailə övladlarını dəfələrlə müxtəlif xəstəxanalara və həkimlərə aparıb. Məhəmməd bir neçə dəfə stasionar müalicəyə yerləşdirilsə də, tətbiq olunan dərman və müalicə üsulları qalıcı nəticə verməyib. Ailənin bildirdiyinə görə, xəstəxanada nəzarət altında olduğu müddətdə öskürək nisbətən azalsa da, evə buraxıldıqdan cəmi bir gün sonra yenidən əvvəlki şiddətlə başlayır.
Övladlarının gözləri önündə əziyyət çəkməsinə dözə bilmədiklərini deyən ailə çıxış yolunu itirdiklərini bildirir. Onlar açıqlamalarında qeyd ediblər:
"13 yaşlı övladımız çox ağır şəkildə öskürür, demək olar ki, dayanmır. Onu dəfələrlə həkimə apardıq, amma heç bir nəticə əldə edə bilmədik. Xəstəxanada müalicə alır, evə qayıdan kimi isə ertəsi gün hər şey yenidən başlayır. Artıq 50 gündür bu əzabı yaşayırıq. Çarəsiz qalmışıq, nə edəcəyimizi bilmirik".
Ailə övladlarının vəziyyətinin dəqiq səbəbinin müəyyən edilməsi və effektiv müalicə üçün aidiyyəti qurumlardan kömək gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1975 Tarix: 26 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrKirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO
İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib
8 sentyabr