Qobudakı "Yurd bazar"da antisanitar vəziyyət: Video

Qobudakı "Yurd bazar"da antisanitar vəziyyət: VideoAbşeron rayonu, Qobu qəsəbəsində yerləşən və "Yurd bazar" adı ilə fəaliyyət göstərən ət satışı məkanında ciddi antisanitariya halları müşahidə olunur.

XALQ bildirir ki, bu məkanda heyvanların kəsimi gündəlik olaraq sanitar-gigiyenik normalara zidd şəkildə həyata keçirilir. Hansı ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəmadi olaraq ət kəsimi qaydalarından, gigiyena tələblərindən və ictimai sağlamlığın qorunmasından danışsa da, görünən odur ki, Qobu qəsəbəsindəki bu obyekt nəzarətdən kənarda qalıb. Halbuki mövcud vəziyyət açıq-aşkar istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır.

Maraqlıdır, insanların, medianın gördüyü bu vəziyyəti niyə AQTA görmür?

"Yurd bazar"nda heyvanların kəsimi üçün zəruri sanitar şərait mövcud deyil, ərazi çirkab suları və tullantılarla çirkləndirilir, dezinfeksiya tədbirləri aparılmır. Ət məhsullarının emalı və saxlanması zamanı elementar gigiyena qaydalarına əməl olunmaması isə yoluxucu xəstəliklərin yayılması riskini artırır.

Sakinlər bildirirlər ki, bu mənzərə təkcə bir günün problemi deyil, vəziyyət uzun müddətdir dəyişməz olaraq qalır və hər gün eyni antisanitar şəraitdə kəsim aparılır.

Maraqlıdır, AQTA bu cür obyektlərə nəzarəti necə həyata keçirir və "Yurd bazar" kimi açıq şəkildə qaydaları pozan məkanlar niyə indiyədək diqqətdən kənarda qalıb?


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 551   Tarix: 04 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi

16 sentyabr
.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr
.

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb

Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd

20 sentyabr
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15 sentyabr
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13 sentyabr
.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO

Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki

15 sentyabr
.

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO

Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl

12 sentyabr
.

Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"

Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə

10 sentyabr