Akrobatik hərəkətlərin cəzası ağır oldu!
Mersinin Tarsus rayonunda motosikleti ilə akrobatik hərəkətlər nümayiş etdirərək yol hərəkəti təhlükəsizliyini pozan sürücüyə 2 min 719 TL məbləğində cərimə tətbiq olunub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Tarsus rayonunun Kulak məhəlləsində baş verib. Sosial şəbəkələrdə bir sürücünün motosikletlə təhlükəli və akrobatik hərəkətlər etdiyi görüntülərin paylaşılmasından sonra Mersin İl Jandarma Komandanlığının Yol Hərəkəti Jandarması əməkdaşları araşdırmaya başlayıb.
Aparılan yoxlama zamanı həm öz həyatını, həm də digər sürücü və piyadaların təhlükəsizliyini riskə atan şəxsin E.P. olduğu müəyyən edilib. Sözügedən sürücü barəsində "yol hərəkəti təhlükəsizliyini təhlükə altına salmaq" maddəsi ilə 2 min 719 TL məbləğində inzibati cərimə kəsilib.
Aidiyyəti qurumlar yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyini bir daha xatırladaraq, bu cür təhlükəli davranışlara qarşı nəzarətin davam etdiriləcəyini bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 962 Tarix: 06 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabr