Prezident İlham Əliyevin Xarici Siyasət Kursu: Azərbaycanın Beynəlxalq Münasibətlər Sistemində Güclənən Mövqeyi

Prezident İlham Əliyevin Xarici Siyasət Kursu: Azərbaycanın Beynəlxalq Münasibətlər Sistemində Güclənən MövqeyiPrezident İlham Əliyevin Xarici Siyasət Kursu: Azərbaycanın Beynəlxalq Münasibətlər Sistemində Güclənən Mövqeyi
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan artan siyasi nüfuzu, balanslaşdırılmış diplomatik xətti və strateji geosiyasi mövqeyi ilə seçilən mühüm dövlətlərdən birinə çevrilmişdir. Ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınması ardıcıl, praqmatik və milli maraqlara əsaslanan dövlət siyasətinin nəticəsidir. Bu siyasətin memarı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Prezident İlham Əliyevin 05 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə Azərbaycanın xarici siyasət prioritetlərini, beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi və əldə etdiyi mühüm nailiyyətləri bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, müstəqil siyasi xətt, güclü iqtisadi baza və ardıcıl islahatlar Azərbaycanın beynəlxalq nüfuzunun əsas dayaqlarıdır.

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, enerji sektorunda etibarlı tərəfdaş kimi formalaşmış imic, xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rol ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Eyni zamanda, nəqliyyat və logistika layihələri, regional bağlantıların genişlənməsi Azərbaycanın geosiyasi çəkisini gücləndirən əsas amillərdəndir.

Müsahibədə xarici siyasətin mühüm istiqamətlərindən biri kimi Azərbaycan-ABŞ münasibətlərinə xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev qeyd etdi ki, 2025-ci il bu münasibətlər baxımından dönüş nöqtəsi olmuşdur. Uzun illər ikitərəfli əlaqələrə mənfi təsir göstərən 907-ci düzəlişin faktiki olaraq aradan qaldırılması Azərbaycanın regionda yaratdığı yeni reallıqların və artan siyasi çəkisinin nəticəsidir. ABŞ-la münasibətlərin normallaşması, strateji dialoqun bərpası və əməkdaşlığın institusional əsaslar üzərində qurulması Azərbaycanın qlobal tərəfdaşlıq imkanlarını genişləndirir.

Deputat xatırladıb ki, Azərbaycan-Ermənistan arasında müharibənin başa çatması ilə regionda yaranan yeni reallıqlar və ABŞ-da Prezident Donald Tramp administrasiyasının praqmatik yanaşması Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı üçün əlverişli siyasi mühit formalaşdırıb.

Tamam Cəfərovanın sözlərinə görə, strateji işçi qrupunun yaradılması və strateji tərəfdaşlıq xartiyasının hazırlanması Azərbaycan-ABŞ münasibətlərinin institusionallaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eləcə də, Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti tərəfindən dəstəklənməsi münasibətlərin konkret nəticələrə hesablandığını göstərir. Bu, regional əməkdaşlığa və iqtisadi inteqrasiyaya xidmət edən strateji layihədir.
Azərbaycanın Çin Xalq Respublikası ilə münasibətlərinin Hərtərəfli Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də xarici siyasətimizin mühüm uğurlarındandır. Prezidentin Çinə dövlət səfəri zamanı imzalanan Birgə Bəyannamə ölkəmizin çoxşaxəli və balanslaşdırılmış diplomatiyasının bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın qlobal güclərlə bərabərhüquqlu əməkdaşlıq potensialını nümayiş etdirir.

Bununla yanaşı, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil xarici siyasətinin əsas tərkib hissələri olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında mühüm uğurlara imza atıldı. Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi və Mərkəzi Asiya Məşvərət Şurasında tamhüquqlu üzv statusu qazanması ölkəmizin çoxtərəfli diplomatiyada artan nüfuzunun göstəricisidir. Təxminən 30 il ərzində yeni üzv qəbul etməyən D-8 kimi nüfuzlu təşkilata Azərbaycanın dəvət olunması beynəlxalq ictimaiyyətin ölkəmizə göstərdiyi yüksək etimadın ifadəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz dərhal bu istiqamətdə fəal işlərə başladı. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Bu da nadir hadisə sayıla bilər. Çünki coğrafi nöqteyi-nəzərdən Azərbaycan Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşir. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər.

Bütün bunlarla yanaşı, Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə, onların liderlərinin Azərbaycana çoxsaylı səfərləri, Prezidentimizin beynəlxalq tədbirlərdə iştirakı, qlobal çağırışların yerinə yetirilməsində Azərbaycanın mövqeyinə xüsusi önəmin verilməsi və sair kimi məqamlar da xarici siyasətimizin uğurları sırasındadır. Ötən il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü, Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, Xankəndidə Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu və sair kimi beynəlxalq tədbirlər keçirildi. Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biridir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə Görüşünün keçirilməsinin təşəbbüsçüsü də Azərbaycan Prezidenti İlham Əliyevdir. Həmin təşəbbüsə uyğun olaraq ötən il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirildi.

Azərbaycanın sülhə sadiq mövqeyi, beynəlxalq öhdəliklərə hörmətlə yanaşması və ədalətli əməkdaşlıq çağırışları ölkəmizin xarici siyasətinin əsas prinsipidir. Bununla yanaşı, beynəlxalq münasibətlər sistemində güclü olmaq, milli maraqları qorumaq və yaranan reallıqları nəzərə almaq mühüm əhəmiyyət kəsb edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir, ölkəmizi regional deyil, qlobal miqyasda söz sahibi olan dövlətə çevirir. Bu siyasət sülhə, əməkdaşlığa və dayanıqlı inkişafa xidmət edir və Azərbaycanın gələcək illərdə də uğurlu diplomatik yolunu ardıcıl şəkildə davam etdirəcəyinə əminlik yaradır-deyə millət vəkili Tamam Cəfərova deyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 912   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Qarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind

19 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr