AZAL təyyarəsindəki İNSİDENTİN TƏFƏRRÜATI: "Praqa aeroportunda sərnişin agentə hücum etdi"

AZAL təyyarəsindəki İNSİDENTİN TƏFƏRRÜATI: "Praqa aeroportunda sərnişin agentə hücum etdi""Praqa Beynəlxalq Hava Limanında insident yaradan sərnişini təyyarədən çölə çıxaranda, o, agentə yumruq-təpiklə hücum etməyə başladı".

Sonxeber.az "Report"a istinadla xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarə bələdçisi Adil Babazadə bildirib.

O, yanvarın 5-də Bakı-Praqa-Bakı aviareysi ilə hərəkət etmiş təyyarənin ekipaj üzvlərindən biri olub:

"Biz Bakı-Praqa reysini çox rahat şəkildə yerinə yetirdik. Bütün sərnişinlər təyyarəni tərk etdikdən sonra, həmişəki kimi onlara aid heç bir əşyanın qalmadığına əmin olmaq üçün salonu yoxladıq. Belə yoxlamadan sonra əgər hər hansı bir əşya tapılarsa, onu "Lost and Found" personalına təqdim edirik. Biz həmin gün oturacaqda telefon tapdıq, onu aidiyyəti üzrə verdik".

A.Babazadə qeyd edib ki, hadisə baş verən zaman, o, təyyarə salonunun orta hissəsində, böyük təyyarə bələdçisi isə salonun ön qapısında olub:

"Bu zaman içəriyə kənar şəxs daxil olmaq istədi. Həmin şəxs elə bizimlə birlikdə Bakıdan Praqaya gəlmişdi. Əlbəttə ki, ilk öncə onun hər hansı əşyasını itirdiyini düşündüm. Amma prosedur qaydalarına uyğun olaraq, sərnişin təyyarəni tərk edirsə, ikinci dəfə ora daxil ola bilməz. Bu səbəbdən sərnişinə təyyarədən çıxmasını və çöldə gözləməsini söylədik. Lakin o, buna məhəl qoymadı, içəri daxil olmağa çalışdı. Bu zaman agent gəldi və agentlə biz onu çöldə çıxartmağa çalışdıq. Sərnişini təyyarədən çöldə çıxartdıq və bu zaman o, agentə yumruq-təpiklə hücum etməyə başladı. Bundan sonra agenti qorumaq üçün sərnişini arxadan tutdum və hərəkətsizləşdirdim. Artıq gördük ki, ikinci pilotumuz çöldə gözləyir. Biz ikinci pilotu içəri keçirməli idik. Bu səbəbdən agentdən xahiş etdim ki, öz kartı ilə qapını açsın və pilot içəri daxil olsun. Mən sərnişini saxladığım zaman agent qapını açdı və ikinci pilot içəri daxil oldu".

Onun sözlərinə görə, təyyarə bələdçisi həmin anda sərnişinlə tək qalıb və onu sakitləşdirməyə çalışıb:

"Daha sonra agentdən xahiş etdim ki, polislər və aeroportun təhlükəsizlik idarəsinin şöbəsindəki şəxslər buraya cəlb olsun və bir müddət sonra təhlükəsizlik idarəsinin işçiləri oraya yaxınlaşdı. Onlar da bir neçə dəqiqə onunla söhbət etməyə çalışdı, lakin, o, heç də yola gedən insana oxşamırdı. Bundan sonra polislər əraziyə yaxınlaşdılar və onunla danışmağa başladılar, lakin sərnişin yenə də israrla içəri daxil olmağa çalışdı. Sərnişin qışqırmağa başladı, bundan sonra polislər onu tutub, zərərsizləşdirdilər. Bundan sonra biz təyyarənin ümumi təhlükəsizlik yoxlanışını həyata keçirdik və geri dönüşdə bütün sərnişinləri öz ünvanlarına təhlükəsiz şəkildə çatdırdıq".

Xatırladaq ki, yanvarın 5-də Praqa-Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinə imkan verilməyib. Hava limanının təhlükəsizlik xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnə qədər təyyarənin ekipajı həmin şəxsin hərəkətlərinin qarşısını alıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 639   Tarix: 10 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr
.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

19 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr