"ABŞ-nin hərbi müdaxiləyə əl atması İran elitasında ciddi qarşıdurma yarada bilər" - AÇIQLAMA
"Amerika administrasiyası İranda başlayan etiraz aksiyaları ilə bağlı aktiv şəkildə mövqeyini ifadə edir. Demək olar ki, hər gün Donald Trampdan və ya digər Amerika rəsmilərindən bu aksiyalara dəstək xarakterli bəyanatlar səslənir. Hətta Ağ Ev qeyd edib ki, İrandakı hadisələrə hərbi vasitələrdən istifadə etməklə cavab verilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, ABŞ-nin hərbi müdaxiləyə əl atması İran elitasında ciddi qarşıdurma yarada bilər:
"Hərbi müdaxilə dedikdə, bu yalnız İran hakimiyyətinin ABŞ-nin bölgədəki hərbi bazalarına və maraqlarına birbaşa təhdid yaradan addımlar atacağı təqdirdə gündəmə gələ bilər.
Hazırkı mərhələdə isə ABŞ-nin İrana qarşı mövqeyi daha çox siyasi təzyiq kimi addımların atılması ilə dəyərləndirilir və yaxın perspektivdə hərbi müdaxilə ehtimalı yüksək qiymətləndirilmir. Düşünürəm ki, baş verənlər hələ ki, birbaşa müdaxilə planına ehtiyac olmadığını göstərir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...