"Ölkəmiz bu təşkilatların hər biri ilə öz milli maraqlarına uyğun şəkildə əməkdaşlıq edir" - Cavanşir Paşazadə

"Ölkəmiz bu təşkilatların hər biri ilə öz milli maraqlarına uyğun şəkildə əməkdaşlıq edir" - Cavanşir Paşazadə"Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşla yanaşı həm də gündəlik formalaşdıran, təşəbbüs irəli sürən aktor kimi çıxış edir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ölkə başçısı, cənab prezident İlham Əliyev tərəfindən aparılan unikal xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib:

"Aparılan uğurlu xarici siyasət nəticəsində fərqli coğrafi məkanlarda yerləşən, hətta bir çox hallarda, siyasi baxımdan bir-birinə zidd ölkələrlə Azərbaycan əməkdaşlıq baxımından perspektivli qurumlarla eyni anda qarşılıqlı etimada əsaslanan münasibətlər və tərəfdaşlıqlar qura bilir. Əlbəttə biz bunu Prezident İlham Əliyevin diplomatik çevikliyinə və strateji uzaqgörənliyinə borcluyuq. Nümunə kimi də avqustun 8-də cənab prezident İlham Əliyevin Vaşinqton səfərini göstərə bilərik. Bilirsiniz ki, Prezidentin Vaşinqton səfəri zamanı Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlib. Ağ Evdə keçirilmiş və Prezident Donald Trampın şahidliyi ilə baş tutmuş Azərbaycan ilə Ermənistan arasında Vaşinqton razılaşmaları üç onillikdən çox davam edən gərginlikdən sonra regiona sülh, sabitlik və rifah gətirməsi məqsədi daşıyır. Bu irəliləyiş Cənubi Qafqazda yeni bir dövr açdı və xüsusilə Orta Dəhlizin funksionallığını artırmaqla regional iqtisadi imkanları genişləndirməyə xidmət edəcək. "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu" iki ölkə arasında münasibətləri möhkəmləndirməyə xidmət edir. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edir: Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıqdır.

Həmçinin biz Çinlə strateji tərəfdaşlığı nümunə kimi göstərə bilərik. Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Çinlə bərəbərhüquqlu əməkdaşlığın qurulması, münasibətlərin strateji səviyyəyə yüksəlməsi ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir göstəricisidir. Dövlət başçımızın nüfuzu, siyasi iradəsi və strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə "orta güc dövləti"nə çevrilməsini təmin edir. "Bir kəmər, bir yol" təşəbbüsü Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" strategiyası və sosial-iqtisadi inkişaf planları ilə uzlaşır. Azərbaycan Çin Sədri tərəfindən irəli sürülmüş bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biridir.
Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. İki ölkə arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir və müxtəlif - siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələri əhatə edir. Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji sahələrdə güclənib. İki ölkə başçısı arasında şəxsi dostluq münasibətləri əməkdaşlığı daha da dərinləşməkdədir".

Deputat söyləyib ki, 44 günlük müharibədə və ondan sonrakı dövrdə Azərbaycan öz ərazisində münaqişəni bitirərək regional və beynəlxalq arenada sülh dialoqunun təbliğatçısı qismində çıxış edir:

"Azərbaycan İslam dünyasının lider dövlətlərindən birinə çevrilmiş, müsəlman aləmini narahat edən hər bir məsələyə həssas yanaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Suriya xalqına humanitar dəstək göstərilmişdir. Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Suriyaya təbii qaz tədarükü 2025-ci il ərzində 0,5 milyard kubmetr olub.
Bu, Azərbaycanın İslam dünyasında və Qoşulmama Hərəkatı çərçivəsində etibarlı tərəfdaş statusunu, diplomatik çevikliyini və beynəlxalq hörmətini göstərir.

Xüsusilə də BMT ilə səmərəli əməkdaşlığı qeyd etmək istəyirəm. Bele ki, COP29 çərçivəsində UNFCCC ilə, Pandemiya zamanı ÜST ilə, işğaldan azad olunmuş ərazilərdə ekoloji zərərin qiymətləndirilməsi üzrə UNEP-lə, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi çərçivəsində UN-Habitatla, o cümlədən, ötən ilin sentyabrında Cənab Prezident İlham Əliyevin BMT-in 80 illiyinə həsr olunmuş Baş Assambleya iclasında iştirakı zamanı aydın görə bilirik. Son dövrlərdə, BMT ilə münasibətlər ətraf mühitin qorunması, ekoloji ədalət, dayanıqlılıq kimi mövzularda prioritet təşkil edir.

Cavanşir Paşazadə vurğulayıb ki, Azərbaycan bu gün həm Avropa İttifaqı, həm də MDB üçün etibarlı tərəfdaş dövlətdir:

"Ölkəmiz bu təşkilatların hər biri ilə öz milli maraqlarına uyğun şəkildə əməkdaşlıq edir. Azərbaycan hər bir platformada regionun sülh, sabitlik və inkişaf gündəliyini irəli sürür. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə göstərdiyi humanitar təşəbbüslər, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam dünyasının birliyi naminə atdığı addımlar, Vaşinqton Sülh Sammiti ilə Cənubi Qafqaz regionuna sülh gətirilməsi şübhəsiz ki, Azərbaycanın nüfuzunu qaldırmaqla yanaşı, ölkəmizə ehtiyacı artırır. Cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət Azərbaycanın heç bir blok qarşıdurmasına qoşulmadan, amma eyni zamanda bütün tərəflərlə konstruktiv dialoq qura bilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı həm də bu siyasətin canlı ifadəsidir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqeasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

"Ölkəmiz bu təşkilatların hər biri ilə öz milli maraqlarına uyğun şəkildə əməkdaşlıq edir" - Cavanşir Paşazadə


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1060   Tarix: 14 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr