Cənubi azərbaycanlı tələbələr bir həftədir ailələrindən xəbər ala bilmirlər
Xəbərləri həyəcanla izləyən bu bacılar - Pərəstu və Pərisa Təbrizdəndirlər. Onlar Bakıda təhsil alırlar, lakin İranda internetin məhdudlaşdırılması səbəbindən bir həftədir ki, ailələri ilə əlaqə saxlaya bilmirlər.
Ailə həsrəti çəkən bacılar yaşadıqları çətin günləri belə nəql ediblər:
"Mən bir həftədir ailəmin səsini eşidə bilmirəm, onların səsinə həsrət qalmışam. Bir həftə bizim üçün illər kimi keçdi. Bizim gecəmiz-gündüzümüz yoxdur. Hər dəqiqə xəbərlərə baxırıq ki, Allahım, İrana bir şey olmasın. 17 il mən orada yaşamışam, oranın suyunu, çörəyini yemişəm".
Bacılar bildirirlər ki, son bir həftədə ailələrindən aldıqları tək xəbəri dünən Naxçıvanla sərhədə gələn yaxınları çatdırıb:
"Dünən səhər yuxudan oyandım, hər zamankı kimi narahat idik. Anamız yanımızda deyil, səsini eşidə bilmirik. Çünki biz anamıza çox bağlıyıq. Oturmuşduq, birdən zəng gəldi. Zəng İran nömrəsindən idi. Çox sevindim. Açdım, gördüm ki, anamın dostudur. Dedi ki, Naxçıvan sərhədinə gəliblər, anamızdan xəbər gətiriblər. Hər şey yaxşıdır, narahat olmayaq".
Keçən il Bakıya gələrək Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə həyatına başlayan bacıların indi yeganə arzuları ölkələrində yaranan vəziyyətin qısa zamanda başa çatmasıdır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 900 Tarix: 16 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabrBakıda 21° isti olacaq
Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək
18 noyabrSabah hava necə olacaq?
Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ
17 noyabr"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk
18 noyabr