"Region ölkələri ilə əməkdaşlıq məsələsində də Azərbaycan təşəbbüskar mövqedə çıxış edir" - AÇIQLAMA
"Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası bu gün artıq sadəcə xarici siyasət kursu deyil, dövlətin strateji inkişaf modelinin əsas sütunlarından biridir. Prezident İlham Əliyevin ardıcıl, praqmatik və milli maraqlara söykənən diplomatiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, məsuliyyətli aktor kimi mövqeyini möhkəmləndirib. Cənab Prezidentin son Davos görüşləri bir daha göstərdi ki, Azərbaycan qlobal gündəmin kənarında qalan ölkə deyil, əksinə, enerji təhlükəsizliyi, nəqliyyat-logistika zəncirləri, yaşıl keçid və regional sabitlik kimi mövzularda söz sahibi olan dövlətdir. Davos platformasında aparılan təmaslar Azərbaycanın Avropa İttifaqı, Asiya və Yaxın Şərq ölkələri ilə iqtisadi-siyasi əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi".
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, region ölkələri ilə əməkdaşlıq məsələsində də Azərbaycan təşəbbüskar mövqedə çıxış edir:
"Cənubi Qafqazda sülh, təhlükəsizlik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli məhz Azərbaycanın irəli sürdüyü konsepsiyalar üzərində formalaşır. Azərbaycan artıq nəinki regional proseslərin iştirakçısı, həm də bu proseslərin memarı kimi çıxış edir. Bu isə ölkəmizin artan siyasi çəkisinin və beynəlxalq etimadının göstəricisidir.
"Digər dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə balanslı və milli maraqlara söykənən siyasət xüsusi əhəmiyyət daşıyır. Azərbaycan nə bir qütbün təsiri altına düşür, nə də kənar diktələrlə hərəkət edir. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa strukturları və digər beynəlxalq platformalarda ölkəmizin mövqeyi ardıcıl, prinsipial və milli maraqlara əsaslanan xətt kimi qəbul olunur.
Azərbaycanın dünya birliyinə inteqrasiyası formal bəyanatlarla deyil, real layihələr, konkret təşəbbüslər və nəticəyə hesablanmış diplomatiya ilə ölçülür. Davos görüşləri isə bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qlobal siyasi və iqtisadi proseslərdə müşahidəçi deyil, oyunun qaydalarını müəyyən edən tərəflərdən biridir", - deyə siyasi şərhçi əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 638 Tarix: 27 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB
Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam
31 avqust 2021Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs
4 sentyabr 2021Sahibə Qafarova Avstriyaya gedir
Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy
4 sentyabr 2021Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"
4 sentyabr 2021Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a
7 sentyabr 2021Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA
Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri
4 sentyabr 2021Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista
12 sentyabr 2021Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab
4 sentyabr 2021Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür
Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa
15 sentyabr 2021