Zəhərli xərçəng yeyən blogger iki gün sonra həyatını itirdi - VİDEO
Filippinli yemək bloqeri Emma Amit sosial şəbəkə hesabında zəhərli olduğu bilinən bir xərçəng növünü yediyi videonu paylaşdıqdan iki gün sonra həyatını itirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Filippində yaşayan Emma Amit izləyiciləri üçün hazırladığı məzmun zamanı həyatının ən böyük səhvini edib. O, Palavandakı evinin yaxınlığında ovladığı və el arasında "şeytan xərçəngi" adlandırılan zəhərli xərçəngləri bişirib yeyib və onunla birlikdə yeyən dostu da həyatını itirib.
Fevralın 4-də paylaşdığı son videoda Amit Puerto-Prinsesa yaxınlığındakı sahildə ilbiz və müxtəlif qabıqlı dəniz məhsulları toplayarkən görüntülənib. Kadrlarda onun zəhərli xərçəngləri də yığaraq qazanda bişirib yediyi anlar ətraflı şəkildə əks olunub.
Hadisədən sonra hüquq-mühafizə orqanlarının bloqerin evində apardığı araşdırma zamanı yeddi ədəd xərçəng qabığı aşkar edilib. Xərçəngi onunla birlikdə yeyən bir nəfərin də zəhərlənərək öldüyü bildirilib.
Yerli icma rəhbəri Laddi Gemang bildirib ki, bloqer yeməkdən qısa müddət sonra huşunu itirib və xəstəxanaya aparıldıqdan sonra fevralın 6-da vəfat edib. O, sakinləri xəbərdar edərək deyib: "Bu şeytan xərçəngini yeməyin, ölümcüldür. Bir neçə saat ərzində insanı öldürəcək qədər təhlükəlidir."
Hind-Sakit okean bölgəsində geniş yayılan bu xərçəng növü güclü neyrotoksin daşıyır və qəbul edildikdə mərkəzi sinir sistemini iflic edir. Filippində ən zəhərli xərçəng hesab olunan bu növün törətdiyi zəhərlənmə hallarının təxminən yarısı ölümlə nəticələnir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 812 Tarix: 13 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
52 yaşlı qadın intihar edib
Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır
14 sentyabr 2021Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind
13 sentyabr 2021Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl
11 sentyabr 2021Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO
Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə
11 sentyabr 2021Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO
Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı
17 sentyabr 2021Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı
14 sentyabr 2021"Azərişıq"ın anbarında yanğın - VİDEO
Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"
15 sentyabr 2021Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO
Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib
12 sentyabr 2021Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib
15 sentyabr 2021